#Qazaxıstan

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azalaraq, 35 milyon 855 min 58 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana kimyəvi maddə məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq, 19 milyon 938 min 53 dollara çatdırıb.

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat Türk Dövlətləri Təşkilatının fövqəladə hallara cavab mexanizminin yaradılmasını nəzərdə tutan sazişi ratifikasiya edib. Qazaxıstanın fövqəladə hallar nazirinin müavini Kegen Tursınbayev Senatın plenar iclasında bildirib ki, saziş üzv dövlətlər arasında fəlakətlərə operativ reaksiya verilməsi və zərər çəkmiş ölkələrə könüllü yardım göstərilməsi üçün birgə mexanizm yaradacaq.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq, 4 milyon 450 min 49 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana xalça ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz azalaraq, 2 milyon 150 min 34 dollara çatdırıb.

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının keçiriləcəyi məkan və tarix müəyyənləşib. Təşkilatın nümayəndələri Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə sabah, 7 mart 2026-cı il tarixində İstanbulda bir araya gələcəklər. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu kritik görüşdə təşkilat daxilindəki son proseslər və yaxın gələcəkdə atılacaq strateji addımlar ətraflı şəkildə müzakirə olunacaq. Həmçinin nazirlərin güncl qlobal və regional məsələlər ətrafında genişmiqyaslı məsləhətləşmələr aparması planlaşdırılır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Milli Akademik Kitabxananı ziyarət edib və təşkilat tərəfindən nəşr edilən kitabları Kitabxanaya təqdim edib. Milli Akademik Kitabxananın direktoru Fond tərəfindən hədiyyə edilən kitabların elmi ictimaiyyət və oxucular üçün vacib mənəvi xəzinə olduğunu bildirib.

2026 -cı ilin yanvar ayında Qazaxıstan Türkiyəyə 29 min 471 turist səfər edib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 11,19 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,31 faiz təşkil edib. Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin yanvarında Türkiyəyə 2 milyon 246 min 639 turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 3,48 faiz çoxdur.

2026-ci ilin yanvar ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 3 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 127 milyon türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 3 milyon 985 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.