#Qazaxıstan

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Türk İş Şurasının toplantısında iştirak edib. Çıxışı zamanı o, Türkiyə və Qazaxıstan arasındakı ticarət dövriyyəsinin 10 milyard dollara yaxınlaşdığını bildirib. Vitse-prezident qeyd edib ki, hər iki ölkənin dövlət başçıları tərəfindən müəyyən edilən əsas hədəf ticarət həcmini 15 milyard dollara çatdırmaqdır. O, 2026-cı ilin ilk rübündəki artım tempinin bu hədəfə çatmaq üçün böyük potensial yaratdığını vurğulayıb.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq, 25 milyon 169 min 970 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıraraq, 11 milyon 62 min 530 dollara çatdırıb.

Aprelin 7-də Trend İnformasiya Agentliyinin baş ofisində Qazaxıstan Respublikasından olan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Trend BİA-nin direktoru İlqar Hüseynov və Trend BİA-nin direktor müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Sevil Mikayılova iştirak ediblər. Qazaxıstan tərəfini ölkənin mədəniyyət və informasiya üzrə vitse-naziri Rüstəm Əli, Beynəlxalq İnformasiya Komitəsinin sədri Erlan Jetibayev, həmçinin Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin attaşesi Temirlan Baxıtjan təmsil ediblər.

2026 -cı ilin fevral ayında Qazaxıstandan Türkiyəyə 30 min 549 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 6,14 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,44 faiz təşkil edib. 2026-cı ilin yanvar-fevral aylarında Qazaxıstandan Türkiyəyə 60 min 20 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,56 faiz çoxdur.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq, 25 milyon 169 min 970 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıraraq, 11 milyon 62 min 530 dollara çatdırıb.

Gürcüstan Türkmənistandan neft idxalını genişləndirmək və emal imkanlarını artırmaq istiqamətində yeni mərhələyə qədəm qoyur. Şirkətin rəhbərliyi yaxın aylarda Türkmən neftinin tədarükü ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlayıb. Azərbaycan ərazisi üzərindən keçən logistika marşrutlarının koordinasiyası artıq yekun mərhələdədir və yaxın vaxtlarda müntəzəm daşımaların başlanacağı gözlənilir.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz azalaraq, 2 milyon 346 min 67 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 56,5 faiz azalaraq, 1 milyon 445 min 69 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 1 milyard 192 milyon 569 min dollara bərabər olub.

Qazaxıstan Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin texniki araşdırılması üçün lazım olan bütün ekspertiza nəticələrini istehsalçılardan alıb. Bu barədə jurnalistlərə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib. Onun sözlərinə görə, araşdırma davam edir və GPS-trekerlər, naviqasiya avadanlıqları, eləcə də təyyarə istehsalçısından alınan bütün zəruri ekspertiza nəticələri artıq əldə olunub. Hazırda bu nəticələr ümumiləşdirilir və komissiya iştirakçıları ilə razılaşdırılacaq.