Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Trend BİA və Qazaxıstan nümayəndə heyəti arasında görüş keçirilib

    8 Aprel 2026 17:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Trend BİA və Qazaxıstan nümayəndə heyəti arasında görüş keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. VOA

    Aprelin 7-də Trend İnformasiya Agentliyinin baş ofisində Qazaxıstan Respublikasından olan nümayəndə heyəti ilə görüş keçirilib.

    VOA Trend-ə istinadən xəbər verir ki, görüşdə Trend BİA-nin direktoru İlqar Hüseynov və Trend BİA-nin direktor müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Sevil Mikayılova iştirak ediblər.

    Qazaxıstan tərəfini ölkənin mədəniyyət və informasiya üzrə vitse-naziri Rüstəm Əli, Beynəlxalq İnformasiya Komitəsinin sədri Erlan Jetibayev, həmçinin Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin attaşesi Temirlan Baxıtjan təmsil ediblər.

    Görüş zamanı müasir dünyada kütləvi informasiya vasitələrinin inkişafı məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Trend BİA-nin nümayəndələri agentliyin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə qazaxıstanlı həmkarlarını ətraflı məlumatlandırıblar.

    Qonaqlar isə öz növbələrində Qazaxıstanda media siyasəti və təşəbbüslər barədə məlumat veriblər.

    Tərəflər beynəlxalq informasiya məkanında Azərbaycan və Qazaxıstan KİV-in qarşılıqlı olaraq dəstəklənməsinin vacibliyini qeyd edərək iki ölkə arasında informasiya tərəfdaşlığının gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

    Müzakirələrin yekununda gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanları da daxil olmaqla, fəal əməkdaşlığın davam etdirilməsi barədə qərar qəbul olunub.

    Trend BİA və Qazaxıstan nümayəndə heyəti arasında görüş keçirilib
    Trend BİA və Qazaxıstan nümayəndə heyəti arasında görüş keçirilib
    Trend BİA və Qazaxıstan nümayəndə heyəti arasında görüş keçirilib
    Trend BİA və Qazaxıstan nümayəndə heyəti arasında görüş keçirilib
    Trend BİA və Qazaxıstan nümayəndə heyəti arasında görüş keçirilib
    Trend BİA və Qazaxıstan nümayəndə heyəti arasında görüş keçirilib
    #Qazaxıstan #Sevil Mikayılova #Medianın İnkişafı Agentliyi #Trend Beynəlxalq İnformasiya Agentliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

    24 Avqust 2026 18:27

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    24 Avqust 2026 10:02

    Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb

    23 Avqust 2026 19:59

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Tacikistan İrandan 2,55 milyon ton neft və yanacaq almaq istəyir

    20 Avqust 2026 18:12

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    Qazaxıstan Prezidenti Azərbaycanın səfirinin etimadnaməsini qəbul edib

    19 Avqust 2026 14:18

    Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova

    12 Avqust 2026 16:49

    Qazaxıstan Xəzər dənizinin monitorinqinə 2,36 milyon dollar vəsait ayırıb

    12 Avqust 2026 16:19

    Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

    1 Avqust 2026 11:00
    XƏBƏR LENTİ

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.