#Qazaxıstan

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), partiyanın Xarici Əlaqələr Şöbəsinin koordinasiyası ilə Rusiya, Çin, Azərbaycan, Cənubi Afrika və Kuba da daxil olmaqla 18 ölkədən 18 siyasi partiya ilə əməkdaşlıq memorandumu imzalayıb. Son dövrlərdə Ədalət və İnkişaf Partiyası bu memorandumlardan Qazaxıstan, Moldova, Monqolustan, Rusiya, Ekvatorial, Cənubi Afrika, Azərbaycan, Kuba, Şimali Kipr Ruanda, Kosova, Kamboca, Çin, Somali, Efiopiya, Cibuti, Özbəkistan ı və Serbiya dövlətlərinin partiyaları ilə imzalayıb.

Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, "Regional sülh və təhlükəsizlik" şüarı altında sammit olacaq. Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib. "Keçiriləcək Sammit "Regional sülh və təhlükəsizlik" şüarı altında baş tutacaq. Bu, təsadüfi deyil, çünki bölgəmizin sabitliyi və təhlükəsizliyi bütün əməkdaşlıq təşəbbüslərimizin təməlini təşkil edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisi üzrə bütün mərhələlərdə dəstək göstərəcəyini təsdiqləyib. Görüşdə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev və MAQATE-nin baş direktoru Rafael Qrossi stansiyanın tikintisi, nüvə infrastrukturu, eləcə də nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı və səhiyyədə tətbiqi məsələlərini müzakirə ediblər.

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 57 milyon 838 min 62 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq, 320 milyon 226 min 73 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 azalaraq, 11 milyard 227 milyon 619 min dollara bərabər olub.

2025-ci ilin yanvar-avqust aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 443 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 249 obyekt azdır. Məlumata görə, bu ilin avqust ayında Qazaxıstan vətəndaşları Türkiyədə 68 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 30 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin avqust ayında Türkiyədə 143 min 319 mənzil satın alınıb ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə 6,8 faiz çoxdur.

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə respublikamızda keçirilən "Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb. Bu münasibətlə birgə təlimin iştirakçıları üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Azərbaycan musiqi çələngi” adlı konsert proqramı təqdim olunub.

Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun növbəti iclası Türkmənistanın Aşqabad şəhərində keçirildi.Görüşdə Azərbaycan, Türkmənistan, İran, Qazaxıstan və Rusiya nümayəndə heyətləri iştirak etdilər. Müzakirələr zamanı ölkəmizi Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Samir Şərifov təmsil etdi.

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 7 milyon 150 min 83 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq, 51 milyon 260 min 62 dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 7 milyon 150 min 83 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq, 51 milyon 260 min 62 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz azalaraq, 2 milyon 942 min 19 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38,6 faiz artaraq, 25 milyon 674 min 79 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.