#Qazaxıstan

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60,4 faiz azalaraq, 5 milyon 820 min 4 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 65 milyon 658 min 60 dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 4 milyon 800 min 79 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz artaraq, 38 milyon 766 min 12 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 azalaraq, 986 milyon 646 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 4 milyon 800 min 79 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz artaraq, 38 milyon 766 min 12 dollara bərabər olub.

OPEC+ ölkələri daha əvvəl elan etdikləri könüllü hasilat məhdudiyyətlərini pozaraq kvotaları aşdıqları üçün 2026-cı ilin iyul ayına qədər gündəlik 4,779 milyon barel artıq hasilatı kompensasiya etməlidirlər. Yenilənmiş qrafikə əsasən, ümumi öhdəliyin ən böyük hissəsi Qazaxıstanın payına düşür. Ölkə gündə 2,63 milyon barel həcmində hasilatı kompensasiya etməlidir. Bu azalma 2026-cı ilin iyun ayınadək mərhələlərlə həyata keçiriləcək. Əsas yüklənmə isə həmin ilin birinci yarısına təsadüf edir: yanvarda gündə 100 min barel, fevralda 300 min barel, martda 450 min barel, apreldə 490 min barel, mayda 550 min barel, iyunda isə 650 min barel azalma planlaşdırılır. Bu ilin sonunadək isə ölkə hər ay gündə 10–35 min barel arasında hasilatı azaltmalıdır.

ABŞ prezidenti Donald Tramp Qazaxıstana səfər edəcəyini istisna etməyib. O Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə “çox yaxşı söhbət” apardığını bildirib. “Gedə bilərəm”, – deyə Tramp Qazaxıstana səfər edib-etməyəcəyi barədə suala cavab verib. “Onunla çox yaxşı söhbətim oldu. Ona salam çatdırın. O, yaxşı insandır” - deyə, o Tokayev haqqında danışarkən qeyd edib.

OPEK+ çərçivəsində neft hasilatını könüllü şəkildə azaldan səkkiz ölkənin görüşü başlayıb. İştirakçılar oktyabr ayı üçün hasilat planı barədə razılıq əldə etməlidirlər. Səudiyyə Ərəbistanı bazardakı payını bərpa etmək üçün OPEK+ ölkələrinin neft hasilatını daha sürətli artırmasını təşviq edir. Səkkiz ölkə hazırda 2026-cı ilin sonunadək qüvvədə olan gündəlik 1,65 milyon barellik hasilat məhdudiyyətinin taleyini müzakirə edəcək.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Peyğmbərin mövlüdü ilə paylaşım edib. “Bu həftə Peyğəmbərimiz Məhəmmədin (s.ə.s.) mövlud günüdür. Bu ilin mövludunun özəlliyi ondadır ki, bəzi hesablamalara görə RəsulAllah hicrətdən bəri 1500 ilə çatmışdır...Dünyanın müharibələrlə və şər ilə, qəddarlıq və iztirablarla, yalan və azğınlıqlarla dolu olduğu bir zamanda biz həsrət, minnətdarlıq və ümidlə bizi Allahın doğru yoluna yönəldən Rəsulu xatırlayırıq. Allah Öz sevimli bəndəsini yaxınları ilə Cənnətdə birləşdirsin və bizi də onların sırasında etsin... Rəhman olan Allahın mərhəməti göz yaşları və uşaqların fəryadı ilə iztirab çəkən bu bəşəriyyəti şəfa tapsın və bütün uşaqlara xoşbəxtlik bəxş etsin...Ey Allahım, Məhəmmədə və Onun bütün ailəsinə salavat və bərəkət olsun.”-deyə səfir yazıb.

31 avqust 2025-ci ildə Çinin Tyançzin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti start götürdü. Bu toplantını artıq “Asiyanın Yalta müqaviləsi” adlandırırlar. Bu, şişirtmə deyil. Soyuq müharibədən sonra ilk dəfədir ki, Asiya, Yaxın Şərq və Afrika ölkələrinin bu qədər çox lideri Qərb meydançasında yox, məhz Pekin və Moskvanın institusional rəhbərliyi altında toplaşır. Bu, bəzilərinin “postamerika dünyasının yenidən bölgüsü” adlandırdığı qlobal prosesin ən mühüm mərhələlərindən biridir.

2025 -ci ilin iyulunda Qazaxıstandan Türkiyəyə 128 min 609 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 17,34 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,85 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında Qazaxıstandan Türkiyəyə 462 min 264 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,68 faiz azdır. 2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı isə 1,63 faiz təşkil edib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dil Qurumunun (TDQ) birgə təşkilatçılığı ilə ənənəyə çevrilmiş “Dildə, Fikirdə, İşdə Birlik Türk Dünyası Ədəbiyyat Mükafatları” bu il 26 sentyabrda sahiblərinə təqdim ediləcək. Tədbirə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım sədrlik edəcək. Açılış çıxışlarını Binəli Yıldırım, qurumun rəhbəri professor Dərya Örs və Türk Dil Qurumunun sədri professor Osman Mert edəcəklər.