#Qazaxıstan

Yermek Koşerbayev diplomatik sahədə geniş təcrübəyə malikdir. O, Qazaxıstan Xarici İşlər Nazirliyinin strukturunda müxtəlif vəzifələrdə çalışıb, 2020-ci ildə ölkənin Rusiyadakı səfiri olub. 2023-cü ildə isə Qazaxıstanın Şərqi-Qazaxıstan vilayətinin hakimi təyin edilib.

Qazaxıstanlı UFC döyüşçüsü Şavkat Raxmanovun yaxın aylarda oktaqona qayıdacağı açıqlanıb. Bu il UFC 315-də yenidən kəmər üçün mübarizə aparmaq imkanı doğsa da, bu dəfə də qazax döyüşçü zədələndi. Beləliklə, titul uğrunda mübarizəyə avstraliyalı Cek Della Maddalena çıxdı və qalib gələrək çempion oldu.

2025-ci ilin yanvar- avqust ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 18 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 11 milyon 485 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 31 milyon 700 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Sentyabrın 23-də Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2025”) çərçivəsində “Daşkəsən Dəmir Filiz” (DDF) MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti arasında birgə müəssisə müqaviləsi imzalanıb. Sazişə əsasən, tərəflərin yaratdığı birgə müəssisə – “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi və fəaliyyət istiqamətləri təsdiqlənib.

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və Qazaxıstan Respublikasının "Qiymətli Kağızların Mərkəzi Depozitarı"arasında qarşılıqlı hesabların açılmasına dair saziş imzalanmışdır. Saziş Almatıda keçirilən Ümumdünya Mərkəzi Depozitarlar Forumunun çərçivəsində hər iki qurumun idarə heyətlərinin sədrləri tərəfindən imzalanıb.

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz artaraq, 24 milyon 578 min 12 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq, 166 milyon 363 min 39 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub.

Azərbaycan Turizm Bürosu 17-19 sentyabrda Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində təmsil olunub. Tədbir zamanı keçirilən B2B görüşlərində Qazaxıstan və Özbəkistanın 30-dan çox turizm şirkəti və turoperatoru ilə görüşlər keçirilərək əməkdaşlıq imkanları müzakirə olunub, ölkənin lüks turizm potensialı təqdim edilib. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust dövründə Azərbaycana Qazaxıstandan 69 332, Özbəkistandan 37 718 xarici vətəndaş səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19% və 28% artımdır.

25-26 sentyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən «Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: türk dünyasının mədəni kodları» mövzusunda Beynəlxalq Elmi Simpozium təşkil olunacaqdır. Tədbir Azərbaycanda bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunur və XVII Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçiriləcəkdir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 21–23 sentyabr tarixlərində ABŞ-a işgüzar səfər edəcək. O, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək. Rəsmi məlumata görə, Tokayev səfər çərçivəsində bir sıra dövlət və beynəlxalq təşkilat rəhbərləri ilə görüşlər keçirəcək.

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz artaraq, 3 milyon 494 min 30 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 25 milyon 238 min 62 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 azalaraq, 1 milyard 753 milyon 187 min dollara bərabər olub.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikin 2025-ci il 17–18 sentyabr tarixlərində Astanada keçiriləcək Dünya və Ənənəvi Din Liderlərinin VIII Qurultayında iştirakı çərçivəsində, Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə səfər proqramının genişləndirilməsi planlaşdırılıb.