Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Moskvaya səfərə baxmayaraq, Serbiya Aİ yolundan dönməyəcək - Vuçiç

    13 May 2025 16:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Moskvaya səfərə baxmayaraq, Serbiya Aİ yolundan dönməyəcək - Vuçiç
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Sebiya Avropa İttifaqına (Aİ) üzvlük hədəfindən imtina etmir və bu istiqamətdə islahatları sürətləndirmək niyyətindədir.

    AzerVoice xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiçin bu açıqlaması, Moskvaya səfərindən sonra Qərb dövlətlərinin ünvanladığı tənqidlər fonunda verilib.

    Vuçiç, 8–9 may tarixlərində Moskvada keçirilən İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edib və bu səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin ilə görüşüb.

    Prezident Vuçiç bu bəyanatı Avropa Şurasının Prezidenti Antoniu Kosta ilə keçirdiyi görüşdən sonra verib. O bildirib ki, Serbiya Aİ ilə danışıqlarda daha çox başlıq açmaq və üzvlük prosesini sürətləndirmək niyyətindədir.

    “Moskvaya səfərim səbəbilə Avropadakı atmosfer çox da yaxşı deyil kimi görünür, lakin mən əminəm ki, Avropa layiq olduğumuz irəliləyişə anlayış göstərəcək” – deyə Vuçiç vurğulayıb.

    Serbiyanın Rusiyaya olan tarixi və enerji asılılığı da bu məsələdə diqqət mərkəzindədir. Rusiya Serbiyanın əsas təbii qaz təchizatçısıdır və “Qazprom”la “Qazpromneft” NIS neft şirkətində böyük paylara malikdir. Moskva eyni zamanda Belqradın Kosovonun müstəqilliyinə qarşı mövqeyini də dəstəkləyir.

    Ölkədə son aylarda korrupsiyaya qarşı, xüsusən universitet tələbələrinin öncülük etdiyi etirazlarla qarşılaşan Vuçiç, Aİ-yə üzvlük üçün tələb olunan bütün islahatların həyata keçiriləcəyini bəyan edib.

    “Ortaq xarici və təhlükəsizlik siyasətimizin əsas tərkib hissəsi Rusiyanın Ukraynaya qarşı işğalını açıq şəkildə pisləmək və Ukraynanın ədalətli və dayanıqlı sülhə çatmasına dəstək verməkdir”- deyə Avropa Şurasının Prezidenti Antoniu Kosta bildirib.

    Kosta əlavə edib ki, Serbiyanın Aİ-yə üzvlüyü prioritet kimi görməyə davam etməsi müsbət qarşılanır və ölkədə media azadlığının gücləndirilməsi, korrupsiya ilə mübarizə və seçki qanunvericiliyinin təkmilləşdirilməsi zəruridir.

    #Rusiya #Moskva #Vladimir Putin #Avropa Şurası #Serbiya #Qazprom #Aleksandr Vuçiç #Antonio Kosta
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    2 Sentyabr 2026 15:50

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    1 Sentyabr 2026 18:17

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    31 Avqust 2026 12:28

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

    28 Avqust 2026 19:14

    İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

    28 Avqust 2026 16:32

    Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var

    28 Avqust 2026 15:09
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.