Hindistanın baş naziri Narenda Modi ölkəsinin enerji təhlükəsizliyinə ciddi diqqət yetirdiklərini bildirərək, Hindistanın neft və qaz tədarükünü təmin etmək üçün mövcud olan bütün mənbələrdən yararlanacağını açıqlayıb. Böhran, ABŞ və İsrailin İranla qarşıdurması səbəbindən Hörmüz boğazında gəmi hərəkətində yaranan problemlərdən qaynaqlanıb və bu da Hindistanın benzin, dizel, qaz və gübrə tədarükünü pozub.
#İsrail
İsrail hökuməti İranın ölkənin cənubundakı Arad və Dimona şəhərlərinə endirdiyi zərbələrdən sonra Tel-Əvivdə yerləşən Ben Qurion hava limanında uçuşlara məhdudiyyət tətbiq edib. Nazirin sözlərinə görə, hər saat üçün iki təyyarə əvəzinə yalnız bir təyyarənin eniş və qalxışına icazə veriləcək. Eyni zamanda, hər uçuş üzrə sərnişin sayı 120 nəfərdən 50 nəfərə endirilib.
Səudiyyə Ərəbistanı bu gün İsrailin Suriyanın cənubundakı hərbi obyektləri hədəf alan zərbələrini pisləyən bəyanat yayıb. Krallığın Xarici İşlər Nazirliyi bu hücumları "açıq təcavüz" və 1974-cü il qoşunların ayrılması haqqında razılaşmanın pozulması adlandırıb. Rəsmi Ər-Riyad beynəlxalq birliyi müdaxilə etməyə və İsrailin beynəlxalq hüquq normalarını pozmasına son qoymağa çağırıb. Bəyanatda həmçinin Səudiyyə Ərəbistanının Suriya Ərəb Respublikası ilə həmrəy olduğu, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün atılan bütün addımları dəstəklədiyi vurğulanıb.
Hizbullah İsrail ordusuna və İsrailin şimalındakı yaşayış məntəqələrinə hücumlar həyata keçirdiyini açıqlayıb. Bundan əlavə, İsrail ordusunun Ya’ra, Branit, Metat və Zarit kışlalarına raket zərbələri endirildiyi açıqlanıb. Lübnanın cənubundakı Hiyam bölgəsində yerləşən İsrail əsgərləri də raket hücumlarına məruz qalıb.
İran Xarici İşlər naziri Abbas Əraqçi İngiltərənin ABŞ-a hərbi baza təmin etməsini sərt tənqid edərək bildirib ki, bu addım “İrana qarşı hücuma iştirak” kimi qiymətləndiriləcək və ölkənin suverenliyini və müstəqilliyini müdafiə etmək hüququ qorunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin fəaliyyətlərini sərt tənqid edərək bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən yürüdülən siyasət qlobal sülh üçün təhlükə yaratmaqda davam edir. O, qeyd edib ki, regionda baş verən hadisələr ümumi təhlükəsizlik mühitini daha da gərginləşdirir. Onun sözlərinə görə, Rusiya-Ukraniya müharibəsi artıq beşinci ilinə daxil olub, Yaxın Şərqdə isə münaqişələr dərinləşməkdə davam edir.
İranın yeni raket hücumu həyata keçirdiyi barədə məlumatlardan sonra İsrailin Tel-Əviv və Qüds şəhərlərində ardıcıl partlayış səsləri eşidilib. Rəsmi xəbərdarlıqlara əsasən, mümkün hücum riski olan ərazilərdə yaşayan sakinlərin mobil telefonlarına xəbərdarlıq mesajları göndərilib və onlara sığınacaqlara enmələri tövsiyə olunub.
İran ordusunun ictimaiyyətlə əlaqələr bölməsinin yaydığı məlumatda bildirilib ki, hücumlar işğal altında olan Qüdsdə yerləşən daxili təhlükəsizlik qurumuna, Tel-Əvivdə fəaliyyət göstərən 13-cü kanal televiziya şəbəkəsinə və “Ərər” hərbi bazasına yönəlib.
İsrailin dar tərkibli Təhlükəsizlik Kabinetinin (Kabinet) üzvü Avi Dixter ölkəsinin İrandakı hərbi əməliyyatları və ABŞ ilə münasibətləri barədə mühüm bəyanatlarla çıxış edib. Avi Dixter bildirib ki, İsrail ordusunun İranda vurduğu bütün hədəflər Vaşinqtonla əvvəlcədən razılaşdırılmır.
Fransa Prezidenti Emanuel Makronun İranın nüvə silahına sahib olmamasını regionda sülhün əsas şərti kimi təqdim etməsi Yaxın Şərqdə təhlükəsizlik balansı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu yanaşma ilk baxışdan beynəlxalq təhlükəsizlik prinsiplərinə uyğun görünsə də, məsələnin daha dərin geosiyasi və iqtisadi tərəfləri də diqqətdən kənarda qalmır.
İsrailin müdafiə naziri İsrail Katz İranın kəşfiyyat naziri İsmayıl Hatibin həyata keçirilən hücum nəticəsində öldürüldüyünü iddia edib. Qeyd olunur ki, bu iddia regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb və tərəflər arasında qarşılıqlı hücumlar fonunda yeni eskalasiya risklərini gücləndirib
İranın endirdiyi zərbələr nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən Ramat Qan bölgəsində iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Məlumata görə, hücum zamanı çoxsaylı döyüş başlıqları daşıyan raketlərdən istifadə olunub ki, bu da hava hücumundan müdafiə sistemlərini aşmaq məqsədi daşıyıb. İsrail mediası partlayışlardan sonra qəlpələrin geniş əraziyə yayıldığını və ciddi dağıntılar törətdiyini bildirib.