BAKI,VOA, Fərid Mikayılov
İran ordusunun ictimaiyyətlə əlaqələr bölməsinin yaydığı məlumatda bildirilib ki, hücumlar işğal altında olan Qüdsdə yerləşən daxili təhlükəsizlik qurumuna, Tel-Əvivdə fəaliyyət göstərən 13-cü kanal televiziya şəbəkəsinə və “Ərər” hərbi bazasına yönəlib.
VOA xəbər verir ki, açıqlamaya əsasən, hücumlar pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib və yeni nəsil zərbə dronlarından istifadə olunub.
İran tərəfi bu əməliyyatın son hadisələrə cavab xarakteri daşıdığını bəyan edib. Bildirilib ki, hədəf seçilən obyektlər İsrailin təhlükəsizlik idarəetməsi və informasiya sistemində mühüm rol oynayır.
Qeyd edək ki, yayılan məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və İsrail tərəfindən rəsmi açıqlama verilməyib.
🚨The army carried out drone strikes targeting the enemy’s Zionist domestic security ministry based in occupied Jerusalem, Channel 13 television in Tel Aviv, and the ground force’s unit facilities in Arar military base. pic.twitter.com/C0KNDqJR7h
— IRIB (Islamic Republic of Iran Broadcasting) (@iribnews_irib) March 19, 2026