BAKI,VOA,Yusif Şərifzadə
İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ-nin müdafiə naziri Pit Heqsetlə görüş keçirib.
VOA xəbər verir ki, Netanyahu administrasiyası X sosial şəbəkəsində görüşdən fotolar paylaşıb. Bununla yanaşı, görüşün gündəliyi və müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumat açıqlanmayıb.
Netanyahu bundan bir gün əvvəl Ağ Evdə ABŞ Prezidenti Donald Trampla qapalı formatda danışıqlar aparıb. Görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də iştirak ediblər.
Rəsmi mənbələr qapalı görüşlər zamanı hansı məsələlərin müzakirə edildiyini açıqlamayıblar. Lakin görüşlər ABŞ-İsrail münasibətlərinin və Yaxın Şərqdə davam edən gərginliyin fonunda baş tutur.
Ağ Ev və İsrail hökuməti görüşlərin nəticələrinə dair əlavə rəsmi bəyanat yaymayıb.