BAKI,VOA Orxan Qədirzadə
Suriyada “SOS Uşaq Kəndləri” təşkilatı keçmiş Əsəd rejimi dövründə ailələrindən məcburi şəkildə ayrılan və saxlanılan şəxslərin uşaqları ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.
Təşkilatın məlumatına görə, təhlükəsizlik qurumları tərəfindən uşaq kəndlərinə ümumilikdə 140 uşağın yerləşdirilməsi müəyyən edilib. Onlardan 124-nün ailələri ilə birlikdə olduğu təsdiqlənib, 16 iraqlı uşağın vəziyyəti ilə bağlı araşdırma isə davam edir.
Təşkilat bəzi əməkdaşlarla bağlı uşaqlara qarşı mümkün pis rəftar şikayətlərinin də araşdırıldığını bildirib.