UNICEF 17 yaşlı Rəğəd Aşurun Qəzzada İsrail hücumu nəticəsində öldürüldüyünü bildirib. O, təşkilatın Gənclər üzrə səfiri və uşaq hüquqları müdafiəçisi idi. Hadisə məktəbə gedərkən baş verib. Hücumda bir tibb işçisi də ölüb, 4 nəfər yaralanıb. UNICEF uşaq ölümlərinin dayanmasını tələb edib. Rəsmilər atəşkəsdən sonra da itkilərin davam etdiyini bildirir.
#Uşaq hüquqları
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu bildirib ki, son bir həftə ərzində Livanda hər 24 saatda orta hesabla 11 uşaq öldürülüb və ya yaralanıb. Qurumun açıqlamasına görə, İsrailin atəşkəsə baxmayaraq ölkə ərazisində hava zərbələrini genişləndirməsi nəticəsində son yeddi gündə ümumilikdə 77 uşaq həyatını itirib və ya müxtəlif dərəcəli xəsarətlər alıb.
BMT-nin baş katibi Antonio Quterreşin təqdim etdiyi “Uşaqlar və Silahlı Münaqişə” adlı 2024-cü il hesabatında terror təşkilatı PKK/YPG-nin Suriyada uşaqlardan istifadə etdiyi faktlar təsdiqlənib.
Bu günün əsas məqsədi – uşaqların hüquqlarını müdafiə etmək, onların xoşbəxt və təhlükəsiz mühitdə böyüməsini təmin etmək, istismar, zorakılıq və təhsilsizlik kimi problemlərə diqqət çəkməkdir.