BAKI,VOA, Fərid Mikayılov
Beşiktaş klubunda baş katib Sərdal Adalı ilə baş məşqçi Sərgən Yalçın arasında kritik görüş başa çatıb və Yalçın vəzifəsindən istefa edib.
VOA xəbər verir ki, Yalçın vəzifəsindən ayrılacağını açıqlayıb və hər hansı təzminat tələb etməyib, 250 milyon lirədən çox olan alacağından imtina edib.
Qeyd olunur ki, Beşiktaş Süper Liqa mövsümünü 4-cü yerdə başa vurub, hədəf kimi müəyyən edilmiş Türkiyə Kuboku isə yarımfinal mərhələsində başa çatıb.