#Trendyol Superliqası

Beşiktaş klubunda baş katib Sərdal Adalı ilə baş məşqçi Sərgən Yalçın arasında kritik görüş başa çatıb və Yalçın vəzifəsindən istefa edib. Qeyd olunur ki, Beşiktaş Süper Liqa mövsümünü 4-cü yerdə başa vurub, hədəf kimi müəyyən edilmiş Türkiyə Kuboku isə yarımfinal mərhələsində başa çatıb.

Fənərbağça ilə Beşiktaş arasında son illərdə keçirilən derbilərdə hakimlərin verdiyi sarı və qırmızı vərəqələrin sayı diqqət çəkir. Statistikaya əsasən, bu qarşılaşmalarda daha sərt oyun nümayiş etdirən tərəf Beşiktaş olub. “Qara-ağlar”a 14 qırmızı və 93 sarı olmaqla ümumilikdə 107 vərəqə göstərilib.

Ziraat Türkiyə Kubokunun C qrupunun dördüncü turunda "Qaziantep FK" öz meydanında Fənərbaxçanı qəbul edəcək. Qaziantep stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da (Bakı vaxtı ilə) başlayacaq. Görüşün baş hakimi Adnan Dəniz Kayatepədir. Super Liqada ard-arda iki oyunda xal itirən və Avropa kubokları ilə vidalaşan fənərlilər kubokda yoluna davam etmək üçün mütləq qalib gəlməlidir. Qrup mərhələsinə "Beşiktaş" məğlubiyyəti ilə başlayan İstanbul təmsilçisi, daha sonra "Bəyoğlu Yeni Çarşı" və "Ərzurumspor FK" üzərində qələbə qazanaraq vəziyyətini qismən düzəldib. Hazırda qrupda 3-cü sırada qərarlaşan Fənərbaxçanın birbaşa növbəti mərhələyə yüksəlməsi üçün bu qarşılaşmadan üç xalla ayrılması şərtdir.

Fənərbaxça Klubunun borcu rəsmi olaraq açıqlanıb. Klubun qısa müddətli öhdəlikləri 18 milyard 398 milyon lirə, uzun müddətli öhdəlikləri isə 9 milyard 237 milyon lirə təşkil edir. Beləliklə, Fənərbaxçanın toplam borcu 27 milyard 635 milyon lirə (636 milyon dollar) səviyyəsindədir.

Beşiktaş Futbol Klubunun portuqaliyalı ulduz futbolçusu Rafa Silva, bu səhər İstanbuldan ayrılaraq vətəni Portuqaliyaya, Lizbona uçub. Beşiktaş rəhbərliyi və məşqçi heyəti ilə son görüşlərdən sonra Silvanın transfer qərarı rəsmi olaraq təsdiqlənib. Klubun fanatları sosial mediada ulduz futbolçunun verdiyi töhfələr üçün təşəkkür mesajları paylaşıblar.

Qalatasaray ilə Fənərbağça arasında sabah Atatürk Olimpiya Stadionunda keçiriləcək Superkubok oyununun başlama saatı dəyişdirilib. Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. Bildirilib ki, meteoroloji qiymətləndirmələr və klub rəsmiləri ilə aparılan müzakirələrdən sonra matçın vaxtında dəyişiklik edilməsi qərara alınıb.

Türkiyənin Beşiktaş klubu təcrübəli qapıçı Mert Günokla yollarını ayırdığını rəsmən elan edib. Klubun yaydığı məlumatda futbolçunun 2021/22 mövsümündən etibarən komandanın heyətində yer aldığı qeyd olunub. Bəyanatda vurğulanıb ki, Mert Günok Beşiktaş forması ilə əldə olunan Türkiyə Kuboku və Superkubok qələbələrində pay sahibi olub.

Süper Liqanın 17-ci turunda və ilk yarının son turunda Fənərbaxça Eyüpsporun qonağı olacaq. Fənərbaxça, Trendyol Süper Liqanın ilk yarısının 17-ci və son turunda Eyüpspor ilə səfərdə qarşılaşacaq. Atatürk Olimpiya Stadionundakı oyun saat 18:00-da başlayacaq. Liqa oyunlarında sonuncu matçında TÜMOSAN Konyasporu evdə 4-0 məğlub edən sarı-göy qırmızı komanda xallarını 36-ya çatdırdı və Trabzonsporun xal itirməsi ilə 2-ci yerə yüksəldi.

Trendyol Super Liqasının 16-cı turu çərçivəsində “Fənərbağça” Kadıköydə Tümosan “Konyaspor”la üz-üzə gələcək. Çobani Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. Görüşü hakim Ozan Ergün idarə edəcək. Çempionatda hələ də məğlub olmayan yeganə komanda olan Fənərbaxça son iki oyunda evdə “Qalatasaray”la və səfərdə RAMS “Başakşehir”lə 1:1 hesablı heç-heçə edərək 4 xal itirib.

Trendyol Süper Liqasının 16-cı turunda Qalatasaray bu axşam Antalyasporun qonağı olacaq. Corendon Airlines Park Antalya stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu hakim Əli Yılmaz idarə edəcək. Süper Liqanın əvvəlki 15 turunda 11 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət əldə edən sarı-qırmızılı komanda 36 xalla, ən yaxın izləyicisi Trabzonsporun 2 xal önündə liderliyini qoruyur.

Trendyol Süper Liqin 14-cü həftəsində Fənərbaxça və Qalatasaray arasında keçirilən derbi matçında futbolçu Kazımcan Karataş’ı sahəyə atılan alışqanla yaralayan azarkeş həbs edilib. İstanbul Polisi İdman Təhlükəsizliyi Şöbə Müdirliyi əməkdaşları, Çobani Stadında keçirilən qarşılaşmada Qalatasaray qolunun ardından yaşanan sevinç nümayişləri zamanı tribunadan sahəyə atılan alışqanla Kazımcan Karataşı yaralaması ilə əlaqədar araşdırma başladılıb.

Trendyol Super Liqasının 14-cü turundakı derbidə Fənərbaxça ilə Qalatasaray üz-üzə gələcək. Çobani Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq qarşılaşmanı hakim Yasin Kol idarə edəcək. Müsabiqədə Kola köməkçilər kimi Abdullah Bora Özkara və Bahtiyar Birinci çıxış edəcəklər. Ev sahibi Fənərbaxça, 4-ü Avropada olmaqla son 11 rəsmi matçında məğlubiyyət yaşamayıb. Liqada məğlubiyyətsiz yeganə komanda olan sarı-mavililər, bu turnirdə keçirdiyi son 5 oyunu qazanaraq önəmli bir seriya əldə edib. Baş məşqçi Domeniko Tedesko rəhbərliyindəki Fənərbaxça, həftəyə Qalatasaraydan 1 xal geridə, 31 xalla 2-ci sırada daxil olub.