Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Qubada aqronomluq fakültəsinin açılması regionun aqrar inkişafı üçün strateji qərardır - QİAD sədri

    8 İyul 2026 14:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qubada aqronomluq fakültəsinin açılması regionun aqrar inkişafı üçün strateji qərardır - QİAD sədri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Azərbaycanın aparıcı meyvəçilik və bağçılıq mərkəzlərindən biri olan Quba rayonunda, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təşəbbüsü ilə aqronomluq fakültəsinin yaradılması regionun aqrar inkişafı baxımından mühüm strateji qərardır.

    Bu fikirləri VOA-a açıqlamasında Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının İdarə Heyətinin sədri Cabbar Heybətov bildirib.

    Onun sözlərinə görə, Quba və ətraf rayonlar uzun illərdir Azərbaycanın meyvəçilik və bağçılıq üzrə aparıcı istehsal mərkəzlərindən biri kimi tanınır. Son illərdə intensiv bağçılığın sürətli inkişafı göstərir ki, aqrar sektorun davamlı tərəqqisi artıq təkcə zəngin təcrübəyə deyil, həm də elmi biliklərə, innovativ texnologiyalara və peşəkar insan kapitalına əsaslanır.

    "Azərbaycanda intensiv bağçılığın sürətlə inkişaf etməsi, bağbanların müasir texnologiyalara artan marağı, məhdud torpaq sahələrindən daha yüksək məhsuldarlıq əldə etmək istəyi, eləcə də bazarın yeni və yüksək keyfiyyətli meyvə sortlarına artan tələbat aqrar sektorda keyfiyyətcə yeni inkişaf mərhələsi formalaşdırıb. Bu inkişafda Sahibkarlığın İnkişafı Fondunun dəstəyi, dövlətin güzəştli kredit və subsidiya proqramları, həmçinin kənd təsərrüfatı texnikası və müasir suvarma sistemlərinin lizinq yolu ilə əlçatan olması mühüm rol oynayır. Nəticədə intensiv bağçılığa keçid sürətlənir, istehsal xərcləri optimallaşır və fermerlərin rəqabət qabiliyyəti yüksəlir. Məhz bu dinamik inkişaf şəraitində peşəkar aqronomların hazırlanması strateji zərurətə çevrilib və Qubada aqronomluq fakültəsinin yaradılması bu ehtiyaca verilən ən doğru qərarlardan biridir", – deyə Cabbar Heybətov bildirib.

    QİAD sədri qeyd edib ki, bu gün kənd təsərrüfatında rəqabət üstünlüyünü müəyyən edən əsas amillərdən biri yüksək ixtisaslı aqronom kadrların hazırlanmasıdır.

    "Qubada aqronomluq fakültəsinin fəaliyyətə başlaması regionun elmi potensialını gücləndirməklə yanaşı, istehsalatın daha səmərəli təşkilinə, məhsuldarlığın artırılmasına, torpaq və su ehtiyatlarından rasional istifadəyə, həmçinin ixracyönümlü, yüksək keyfiyyətli məhsul istehsalının genişlənməsinə mühüm töhfə verəcək."-deyə QİAD sədri əlavə edib.

    Cabbar Heybətov vurğulayıb ki, təhsil müəssisələri ilə özəl sektor arasında güclü əməkdaşlıq modelinin qurulması gələcək aqrar inkişafın əsas şərtlərindən biridir.

    "Biz regional biznes ictimaiyyəti olaraq tələbələrin təsərrüfatlarda istehsalat təcrübəsi keçməsi, müasir aqrar texnologiyalarla yaxından tanış olması və gələcək məşğulluğunun təmin edilməsi istiqamətində universitetlə sıx əməkdaşlığa hazırıq. İnanırıq ki, elm, təhsil və biznes arasında qurulacaq bu tərəfdaşlıq regionda innovasiyaların tətbiqini sürətləndirəcək və dayanıqlı aqrar inkişafın möhkəm təməlini formalaşdıracaq."-deyə o qeyd edib.

    QİAD sədri bildirib ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun kənd təsərrüfatının elmi əsaslarla inkişafına yönəlmiş bu təşəbbüsü uzaqgörən dövlətçilik yanaşmasının bariz nümunəsidir.

    "Bu layihə təkcə yeni bir fakültənin yaradılması deyil, eyni zamanda regionun gələcək iqtisadi inkişafına, insan kapitalının formalaşmasına və aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasına hesablanmış strateji investisiyadır. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin uğurlu davamıdır."- Cabbar Heybətov əlavə edib.

    Sonda Cabbar Heybətov regional biznes ictimaiyyəti adından bu mühüm təşəbbüsə görə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova təşəkkürünü ifadə edərək bildirib ki, aqronomluq fakültəsinin yaradılması gənclərin peşəkar inkişafına, aqrar sektora marağın artmasına, innovativ yanaşmaların geniş tətbiqinə və kənd təsərrüfatının elmi əsaslarla inkişafına mühüm töhfə verəcək. O qeyd edib ki, bu təşəbbüs Qubanın gələcəkdə ölkənin aparıcı aqrar innovasiya və meyvəçilik mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

    “Başda Yusif Alıyev müəllim olmaqla ,Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının bütün akademik heyətinə öz elmi fəaliyyətlərində uğurlar arzulayıram”- deyə Cabbar Heybətov vurğulayıb.

    Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında yeni tədris ilindən etibarən "Aqronomluq" ixtisası fəaliyyətə başlayır. Bu haqda Quba Rayon İcra Hakimiyyəti rəsmi “Facebook” səhifəsində paylaşım edilib.

    Paylaşımda bu addımın rayon gənclərinin paytaxta getmədən, rayonda müasir və tələb olunan ixtisasa yiyələnməsinə, aqrar sektorda fəaliyyət göstərən yerli təsərrüfatların gənc aqronomlarla təmin olunmasına, regionda kənd təsərrüfatının məhsuldarlığının elmi yanaşmalarla daha da artırılmasına xidmət edəcəyi qeyd olunur.

    “İxtisasın açılmasında göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab Emin Əmrullayevə dərin təşəkkürümüzü bildiririk. Əminik ki, növbəti illərdə kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək digər ixtisasların da açılması ölkəmizin elmi potensialını gücləndirəcək, gənclərin peşəkar hazırlığını yüksəldəcək və kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinə geniş imkan yaradacaqdır.”-deyə paylaşımda bildirilib.

    #Quba #QİAD #Cabbar Heybətov #Quba İş Adamlarına Dəstək Platforması (QİAD)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    QİAD rəhbərliyi yeni layihələri müzakirə edib

    27 İyun 2026 17:25

    REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı

    22 May 2026 20:31

    Qubada Yaponiya investorları ilə işgüzar görüş keçirilib

    15 May 2026 09:57

    Qubada Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

    8 May 2026 20:26

    Azərbaycan və Yaponiya arasında yeni biznes və mədəniyyət platforması formalaşır

    7 May 2026 17:45

    QİAD və tərəfdaşları Qubada elmin kommersiyalaşdırılmasına start verib

    24 Aprel 2026 21:53

    Qubada İslam bankçılığı mövzusunda ödənişsiz seminar keçiriləcək

    18 Aprel 2026 10:13

    “Startup School Quba” layihəsinə start verilir

    18 Aprel 2026 09:57

    “StartHer Quba” layihəsinə start verildi

    8 Aprel 2026 11:36

    Jeep yeni Cherokee Trailhawk konseptini və ekstremal Recon modelini nümayiş etdirdi

    31 Mart 2026 14:34

    Bakıda qubalı iş adamları və ziyalılarının görüşü keçirilib

    15 Mart 2026 15:30

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib

    25 Fevral 2026 11:06
    XƏBƏR LENTİ

    Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib

    Yaxın Şərqdəki Azərbaycan vətəndaşları rəsmi xəbərdarlıqlara əməl etməlidirlər - Ceyhun Bayramov

    Qubada aqronomluq fakültəsinin açılması regionun aqrar inkişafı üçün strateji qərardır - QİAD sədri

    Azərbaycan-Ermənistan razılaşması regionda sülhə töhfə verəcək - İordaniya XİN

    ABŞ-ın İrana son zərbələri tamamilə zəruri idi - Mark Rutte

    Ağ Ev Livan Prezidenti Cozef Aunu ABŞ-a dəvət edib

    Azərbaycan Ordusunun Quru Qoşunları genişmiqyaslı təlimə başlayıb

    Səudiyyə Ərəbistanında iqtisadi göstəricilər və “Vizyon 2030” proqramının icrası müzakirə olunub

    Körfəz ölkələri İranın son hücumlarını pisləyib

    Türkiyə F-35 qırıcılarını əldə edəcək - Donald Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.