Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Səudiyyə Ərəbistanında iqtisadi göstəricilər və “Vizyon 2030” proqramının icrası müzakirə olunub

    8 İyul 2026 13:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə Ərəbistanında iqtisadi göstəricilər və “Vizyon 2030” proqramının icrası müzakirə olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Səudiyyə Ərəbistanının İqtisadiyyat və İnkişaf Məsələləri Şurası videokonfrans formatında iclas keçirərək ölkənin iqtisadi vəziyyəti, "Vizyon 2030" proqramının icrası və bir sıra strateji istiqamətlər üzrə hesabatları müzakirə edib.

    İclas zamanı İqtisadiyyat və Planlaşdırma Nazirliyinin aylıq hesabatı təqdim olunub. Hesabatda qlobal iqtisadiyyatda baş verən son dəyişikliklər, iqtisadi artım perspektivləri, regional proseslərin milli iqtisadiyyata mümkün təsirləri, həmçinin Səudiyyə Ərəbistanının regionun aparıcı iqtisadi və logistika mərkəzi kimi mövqeyini gücləndirən imkanlar qiymətləndirilib.

    Qeyd olunub ki, ölkə iqtisadiyyatı qlobal dəyişikliklərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirir. Hökumətin həyata keçirdiyi siyasət nəticəsində inflyasiya dünyanın ən aşağı səviyyələrindən birində saxlanılıb, ixracın artması hesabına isə ticarət profisiti əldə olunub. Bu göstəricilərin "Səudiyyə Ərəbistanı Vizyon 2030" proqramının məqsədlərinə çatmağa mühüm töhfə verdiyi vurğulanıb.

    İclasda Milli Fəaliyyətin Qiymətləndirilməsi Mərkəzinin (Adaa) 2026-cı ilin birinci rübünə dair təqdimatı da dinlənilib. Təqdimatda dövlət qurumlarının fəaliyyət göstəriciləri, "Vizyon 2030" çərçivəsində həyata keçirilən təşəbbüslərin icra vəziyyəti və milli strategiyaların monitorinqi sahəsində görülən işlər əks olunub.

    Məlumata görə, 2025-ci ilin son rübü ilə müqayisədə dövlət qurumları tərəfindən vaxtında icra olunan və ya tamamlanan təşəbbüslərin payı artıb. Bununla yanaşı, mövcud problemlərin aradan qaldırılması və dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib.

    Şura həmçinin yol hərəkəti təhlükəsizliyi üzrə nazirlər komitəsinin illik hesabatını nəzərdən keçirib. Hesabatda yol hərəkəti təhlükəsizliyinin Səhiyyə Sektorunun Transformasiyası Proqramı və "Vizyon 2030"un əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

    Sənədə əsasən, 2025-ci ildə yol-nəqliyyat hadisələri nəticəsində ölüm halları 2016-cı illə müqayisədə 60 faizdən çox azalıb. Bu nəticənin dövlət rəhbərliyinin dəstəyi, əlaqədar qurumların koordinasiyalı fəaliyyəti və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sayəsində əldə olunduğu qeyd edilib.

    İclasda sənaye şurasının təşkilati strukturu, Ümrə mövsümündə səhiyyə vəziyyətinin monitorinqi, Səudiyyə Ərəbistanının 2026-cı il Davos Dünya İqtisadi Forumunda iştirakı, regional və beynəlxalq təşkilatların qərargahlarının ölkədə yerləşdirilməsi üzrə icra planı, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzrə dövlət qurumlarının fəaliyyəti, xarici ticarət göstəriciləri və dövlət idarəçiliyində risklərin idarə olunmasına dair hesabatlar da müzakirə edilib.

    Müzakirələrin yekununda İqtisadiyyat və İnkişaf Məsələləri Şurası gündəlikdə yer alan məsələlərlə bağlı müvafiq qərar və tövsiyələr qəbul edib.

    #Səudiyyə Ərəbistanı #İqtisadi inkişaf #iqtisadi islahatlar #Saudi Vision 2030 #Vizyon 2030 #Səudiyyə Ərəbistanı iqtisadiyyatı. #İqtisadiyyat və İnkişaf Məsələləri Şurası #İqtisadiyyat və Planlaşdırma Nazirliyi #milli inkişaf strategiyası #dövlət qurumlarının fəaliyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    Səudiyyə Ərəbistanı "Ehsan" xeyriyyə platformasını müstəqil qeyri-kommersiya fonduna çevirib

    21 Avqust 2026 11:12

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    Husilər Nəcran hava limanına və “Saudi Aramco” obyektinə hücum etdiklərini bildiriblər

    20 Avqust 2026 19:30

    1000 islahat və 1200 yeni qanun - Səudiyyənin biznes inqilabı və qlobal yüksəlişi necə başladı?

    20 Avqust 2026 14:22

    Səudiyyə Ərəbistanı biznes mühitini genişləndirir

    20 Avqust 2026 10:47

    Qətər və Səudiyyə Ərəbistanı dəniz təhlükəsizliyinə çağırış edib

    20 Avqust 2026 09:24

    Səudiyyə Ərəbistanı strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsini istəyir

    19 Avqust 2026 21:11

    Qətərin baş naziri Ər-Riyadda yüksək səviyyəli görüşlər keçirəcək

    19 Avqust 2026 19:01

    İyulun 20-dən bəri Səudiyyə Ərəbistanının 48 neft gəmisinin keçidinə mane olmuşuq - Husilər

    19 Avqust 2026 18:30

    Səudiyyə Ərəbistanı Hörmüzdən neft ixracını bərpa edir

    18 Avqust 2026 18:52

    Yəmən "Aramco" neft emalı zavodunu vurdu

    18 Avqust 2026 14:51
    XƏBƏR LENTİ

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.