Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Bavariyada yeni böhran - Upamekano Madrid xəyalını gerçəkləşdirmək istəyir

    23 Sentyabr 2025 14:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bavariyada yeni böhran - Upamekano Madrid xəyalını gerçəkləşdirmək istəyir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Bavariyanın müdafiəçisi Dayot Upamekano, müqaviləsi 2026-cı ildə başa çatdıqdan sonra Real Madridə transfer olmaq istəyini menecerinə çatdırıb.

    AzerVoice xəbər verir ki, bu qərar, David Alabanın oxşar şəkildə Bavariya nəhənglərini tərk edib “Kral klubu”na keçməsini xatırladır.

    Upamekano, Bernabeuda oynamaq arzusunu gerçəkləşdirmək üçün addım atır. Real Madrid isə son illərdə azad agentlərdən maksimum yararlanaraq David Alaba (Bavariya), Antonio Rudiger (Çelsi) kimi oyunçuları pulsuz heyətinə qatıb. Klub, oyunçuların müqavilə vəziyyətlərini diqqətlə izləyir və bu yolla transfer bazarında üstünlük qazanır.

    Bavariya, daha əvvəl Alfonso Deyvisin müqavilə yeniləmə prosesində uzanan danışıqlardan dolayı çətinlik yaşamışdı. İndi isə Upamekano məsələsi klub rəhbərliyini oxşar situasiyada buraxıb - ya müqaviləni artırıb futbolçunun istədiyi maaşı verməli, ya oyunçunu vaxtından əvvəl satmalı, ya da onu 2026-cı ildə pulsuz itirmək riski ilə üzləşməlidir.

    Fransalı müdafiəçi hazırda illik təxminən 10 milyon avro qazanır, lakin yeni müqavilə üçün 15 milyon avro civarında maaş tələb edir.

    Keçən mövsüm 38 oyunda meydana çıxan Upamekano, Vinsent Kompaninin müdafiədə ən çox güvəndiyi adlardan biridir.

    Real Madrid hazırda müdafiəyə transfer prioriteti verməsə də, Upamekanonu yaş, beynəlxalq təcrübə və Bundesliqa performansı baxımından uzunmüddətli perspektiv üçün uyğun variant kimi izləyir.

    #Almaniya #Fransa #İspaniya #Real Madrid #Bavariya #İspaniya La Liqası #Bundesliqa #Dayot Upamekano
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Almaniya, Fransa və Böyük Britaniya İranın Körfəz hücumlarını pisləyib

    13 İyul 2026 19:33

    İspaniya millisi məğlubiyyətsizlik seriyasını 36 oyuna çatdırdı

    11 İyul 2026 17:41

    Rusiya BMT-də Britaniya, Fransa və Almaniyanı İran məsələsinə görə tənqid edib

    10 İyul 2026 20:04

    Fransa BMT Təhlükəsizlik Şurasında İranı tənqid edib - “Hörmüz boğazı açılmalıdır”

    10 İyul 2026 19:48

    Fransa Hörmüzə alternativ neft yolu kimi Suriyanı araşdırır

    9 İyul 2026 20:52

    Almaniya ABŞ-dən "Tomahawk" raketləri alacaq

    9 İyul 2026 12:56

    Neft bahalaşdı, dünya birjalarında eniş başladı

    8 İyul 2026 22:44

    İranla əldə olunacaq razılaşma uzunmüddətli olmalıdır - Fridrix Mers

    8 İyul 2026 21:20

    İranın ABŞ bazalarına zərbələri razılaşmanı pozdu - Makron

    8 İyul 2026 20:13

    Tramp NATO liderləri qarşısında əvvəlki bəyanatlarını səsləndirmədi

    8 İyul 2026 18:37

    Avropa Komissiyası ABŞ-a hansı mesajı verib?

    8 İyul 2026 18:24
    XƏBƏR LENTİ

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    Abbas Əraqçi ABŞ-ı İrana qarşı hərbi cinayətlər törətməkdə ittiham edib

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    İsrail işğal altındakı ərazilərdə yol tikintisinə 356 milyon dollar ayırıb

    ABŞ və İsrail dünyada sabitliyi pozan əsas qüvvələrdir - Husi lideri

    İsrailin ABŞ-da təsir kampaniyası ilə bağlı yeni iddialar səsləndirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.