Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində “RB Leypsiq” doğma meydanda “Bavariya”nı qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
#Bundesliqa
Almaniya Bundesliqasında mövsümün 16-cı turu çərçivəsində “Bayer”lə “Ştutqart” arasında keçirilən qarşılaşma yekunlaşıb. Leverkuzen şəhərində yerləşən “BayArena”da baş tutan oyunda meydan sahibləri qonaqları qəbul ediblər. Matç “Ştutqart”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Harri Keyn Bundesliqada ötən ayın ən yaxşı futbolçusu seçilib. "Bavariya"nın hücumçusu dekabr ayının yekunlarına əsasən bu mükafata layiq görülüb. Səsvermədə o, komanda yoldaşları Maykl Olise və Yozip Stanişiçi, həmçinin Patrik Vimmeri ("Volfsburq"), Yan Diomande və Kristofer Baumqartneri (hər ikisi "Leyptsiq") qabaqlayıb.
Almaniyanın “Ayntraxt Frankfurt” klubu Çempionlar Liqasında “Qarabağ”la qarşılaşma ərəfəsində heyətini gücləndirməyə davam edir. Bundesliqa təmsilçisi “Hoffenhaym”ın ikinci komandasında çıxış edən hücumçu Ayub Amaymuni Eşquyabı transfer edib. 21 yaşlı futbolçu ilə beş illik müqavilə imzalanıb.
Cari mövsümdə Bundesliqada 14 oyunda 18 qol vuran Harri Keyn, Bavariyanın keçmiş hücumçusu Levandovskinin 2020/21 mövsümündə müəyyən etdiyi 41 qolluq rekordu geridə qoymağa real namizəd kimi dəyərləndirilir. 32 yaşlı futbolçunun hazırkı qol ortalaması mövsümün sonunda onu 43–44 qol həddinə çatdıra bilər.
“Barselona” Almaniyanın “Borussiya Dortmund” klubunda çıxış edən Yulian Ruersonu transfer etməyi nəzərdən keçirir.
Upamekano, Bernabeuda oynamaq arzusunu gerçəkləşdirmək üçün addım atır. Real Madrid isə son illərdə azad agentlərdən maksimum yararlanaraq David Alaba (Bavariya), Antonio Rudiger (Çelsi) kimi oyunçuları pulsuz heyətinə qatıb. Klub, oyunçuların müqavilə vəziyyətlərini diqqətlə izləyir və bu yolla transfer bazarında üstünlük qazanır.
Almaniya Bundesliqasının nəhənglərindən Borussia Dortmund heyətini gənc istedadla gücləndirib. Gənc futbolçu ötən mövsümün ikinci yarısını Dortmundda icarə əsasında keçirmişdi. O, Almaniya klubu ilə müxtəlif turnirlərdə ümumilikdə 18 oyunda meydana çıxaraq 1 qola imza atıb.
İspaniya nəhəngi Real Madridin futbolçusu Lukas Vaskez karyerasını Almaniyada davam etdirəcək. Məlumatı transfer xəbərləri ilə tanınan dünyaca məşhur jurnalist Fabrizio Romano öz sosial şəbəkə hesabında təsdiqləyib. Onun sözlərinə görə, tərəflər bütün şərtlər üzrə razılaşıb və yaxın günlərdə rəsmi açıqlama gözlənilir.