Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Yamal Çempionlar Liqasında Nyukaslla olan oyunu buraxacaq

    17 Sentyabr 2025 17:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yamal Çempionlar Liqasında Nyukaslla olan oyunu buraxacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Barselona Çempionlar Liqasının Nyukaslla qarşılaşmasında gənc ulduz Lamin Yamalın xidmətindən məhrum olacaq.

    AzerVoice xəbər verir ki, baş məşqçi Hansi Flik futbolçunun durumuna görə İspaniya Futbol Federasiyasını kəskin tənqid edib.

    Bununla belə, komanda üçün sevindirici xəbər – Frenki de Yonq zədəsini sağaldaraq heyətə qayıdıb.

    Klubun açıqladığı siyahıda ən diqqətçəkən çatışmazlıq Yamalın yoxluğu olub. Gənc futbolçu İspaniya millisində çıxış edərkən qasıq sümüyündə zədə alıb. İspaniya mətbuatının yazdığına görə, o, ağrını azaltmaq üçün onurğa nahiyəsinə iynə də vurulub və sentyabrın sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Barselona Yamalın oktyabrın 1-də PSJ ilə oynanılacaq oyuna yetişəcəyinə ümid edir.

    Baş məşqçi Flik Yamalın ağrılara baxmayaraq millidə uzun müddət oynadığını deyərək federasiyanı məsuliyyətsizlikdə günahlandırıb.

    “Yamal milli komandaya ağrılarla getdi, məşq edə bilmədi. Onu oynatmaq üçün ağrıkəsici verdilər. Bu, futbolçunu qorumamaqdır” – deyə o bildirib.

    Digər tərəfdən, Frenki de Yonq Niderland millisində aldığı zədədən sonra komanda ilə məşqlərə qoşulub. Onun Nyukasla qarşı ilk dəqiqələrdən oynamasa da, müəyyən qədər şans qazanacağı gözlənilir.

    Məsələ ilə bağlı klub idman direktoru Dekonun RFEF-in texniki direktoru Aytor Karanka ilə görüşəcəyi, oyunçuların sağlamlıq vəziyyətinə dair kommunikasiya protokollarının aydınlaşdırılacağı qeyd olunub.

    #UEFA #Çempionlar Liqası #Lamin Yamal #Nyukasl Yunayted #Hansi Flik #UEFA Çempionlar Liqası #Barselona #Frenki de Yonq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    18 İyul 2026 13:11

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Blatini niyə İnfantinonu məhkəməyə verdi? FIFA rəhbərliyi ətrafında yeni qalmaqal

    9 İyun 2026 06:00

    La Liqada mövsümün ən yaxşısı kim oldu?

    6 İyun 2026 15:51

    Ukrayna FİFA və UEFA-ya niyə müraciət edib?

    3 İyun 2026 11:57

    Arda Gülər mövsümün ən yaxşı çıxış edən futbolçusu seçilib

    31 May 2026 22:39

    Dünyanın gözü Budapeştdə - Çempionlar Liqasının qalibi bu gün müəyyənləşir

    30 May 2026 09:46

    İstanbulda UEFA Avropa Liqası həlledici görüşü: Frayburq – Aston Villa

    20 May 2026 09:45

    CBC Sportdan açıqlama: ÇL yarımfinalında texniki nasazlıq yarandı

    7 May 2026 14:15

    Əl-Hilal prezidenti federasiyanı hədəf aldı: Hakimlərin səviyyəsi liqaya uyğun deyil

    6 May 2026 10:33

    Arsenal ilə Atletiko Madrid final uğrunda üz-üzə gələcək

    4 May 2026 14:39

    Barselonada yay ayrılığı gündəmdə: Reşford və de Yonqun adı gedənlər siyahısında

    21 Aprel 2026 16:43
    XƏBƏR LENTİ

    İraqın baş naziri sabah İrana səfər edəcək

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    İran ABŞ-nin nüvə obyektləri ilə bağlı təhdidlərinə sərt cavab verdi

    ABŞ Hörmüz boğazındakı Lərək adasına raket zərbəsi endirib - İran

    Tramp İranla müharibədə həlak olan ABŞ hərbçilərinin qarşılanma mərasimində iştirak edəcək

    Avropa İttifaqı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə Qırmızı dənizdən uzaq durmağı tövsiyə edib

    İran ordusu İordaniyadakı hərbi bazaları vurduğunu iddia edib

    Lavrov Manila şəhərində ABŞ dövlət katibi ilə görüşəcək

    Pakistan husilərin Səudiyyə Ərəbistanını müharibəyə cəlb etmək cəhdlərindən narahatdır

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.