Məlumata görə, “Qırmızı şeytanlar” yayda yarımmüdafiə xəttində ciddi dəyişikliklər etməyi planlaşdırır. Xüsusilə Kazemironun mövsüm sonunda komandadan ayrılacağı gözlənildiyindən, klub rəhbərliyi Premyer Liqa təcrübəsinə malik, enerjili oyunçu axtarışındadır.
#Nyukasl Yunayted
"Arsenal" evdə "Çelsi"ni 1-0 hesabı ilə məğlub edərək İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazanıb. Yeganə qolu Kay Haverts vurdu (90+7-ci dəqiqə). Arsenal ilk oyunu 14 yanvarda səfərdə 3-2 hesabı ilə qazandı.
Almaniyanın "Bavariya" klubu ilə Belçikanın “Yunion” klubu arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa çatıb. Komandalar Almaniyanın Münhen şəhərindəki “Arena München” stadionunda qarşılaşıb.
Barselona Avropa Çempionlar Liqasının ilk turunda İngiltərədə Nyukaslın qonağı olacaq. Komanda önəmli itkilərlə meydana çıxsa da, baş məşqçi Hansi Flik İngiltərə millisinin hücumçusu Markus Reşforda güvənir.
Klubun açıqladığı siyahıda ən diqqətçəkən çatışmazlıq Yamalın yoxluğu olub. Gənc futbolçu İspaniya millisində çıxış edərkən qasıq sümüyündə zədə alıb. İspaniya mətbuatının yazdığına görə, o, ağrını azaltmaq üçün onurğa nahiyəsinə iynə də vurulub və sentyabrın sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Barselona Yamalın oktyabrın 1-də PSJ ilə oynanılacaq oyuna yetişəcəyinə ümid edir.
İspaniya La Liqasının 6-cı turunda Barselona səfərdə Valensiyaya qarşı 6:0 hesablı qələbə qazanıb. Matçda baş məşqçi Hansi Flik intizam siyasətini bir daha nümayiş etdirərək braziliyalı ulduz Rafinyanı start heyətindən kənarda saxlayıb, onun yerinə isə 19 yaşlı isveçli vinger Runi Bardghjiyə şans verib.
Liverpul klubu bu yay Aleksander İsakı transfer etmək üçün 130 milyon funt-sterlinqdən (175 milyon dollar) çox dəyərində təklif hazırlayır. Nyukasl rəhbərliyi isveçli hücumçunu satmaq niyyətində olmadığını dəfələrlə vurğulayıb və 150 milyon funt-sterlinqdən aşağı təklifləri qəbul etməyəcəklərini bildiriblər. Liverpul isə bu məbləği ödəməyə razı deyil.
İngiltərənin aparıcı futbol klublarından olan Liverpool, Real Madridin braziliyalı hücumçusu Rodriqo Goes-in transferi üçün 100 milyon avro dəyərində təklif hazırlayır.