#Frenki de Yonq

Kataloniya klubunda bir neçə futbolçunun komandadan ayrılması variantı nəzərdən keçirilir. İddialara əsasən, bu siyahıda Markus Raşford, Frenki de Yonq, Robert Levandovski, Andreas Kristensen və Mark Kasado yer alır. Markus Raşfordun icarə müddətinin yekununda Mançester Yunaytedə qayıtmasının mümkün olduğu, Frenki de Yonqun isə maaş büdcəsini yüngülləşdirmək üçün əsas namizədlərdən biri sayıldığı iddia olunur.

Klubun açıqladığı siyahıda ən diqqətçəkən çatışmazlıq Yamalın yoxluğu olub. Gənc futbolçu İspaniya millisində çıxış edərkən qasıq sümüyündə zədə alıb. İspaniya mətbuatının yazdığına görə, o, ağrını azaltmaq üçün onurğa nahiyəsinə iynə də vurulub və sentyabrın sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Barselona Yamalın oktyabrın 1-də PSJ ilə oynanılacaq oyuna yetişəcəyinə ümid edir.