Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Qarabağın tarixi qələbəsindən sonra Benfika baş məşqçisi qovulub

    17 Sentyabr 2025 10:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qarabağın tarixi qələbəsindən sonra Benfika baş məşqçisi qovulub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda Portuqaliyada Qarabağ Benfikanı 3:2 hesabı ilə məğlub edib.

    AzerVoice xəbər verir ki, bu qələbədən sonra Benfika klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırmağa qərar verib.

    Mediada yayılan xəbərlərə görə klub komandanın baş məşqçi postuna, Joze Mourinyonu gətirmək istəyir. Qeyd edək ki, Mourinyo son olaraq Türkiyənin Fənərbağça klubunu çalışdırıb, lakin uğursuz nəticələr fonunda sarı-göylü komanda onun müqaviləsinə xitam verib.

    Qeyd edək ki, son ölkə çempionu ilk sınağına Portuqaliyada çıxıb. İkinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisi Lissabonda Benfikanın qonağı olub. "Da Luş" stadionda keçirilən görüş komandamızın əzmkar qələbəsi ilə başa çatıb.

    Oyuna inamsız başlayan Qarabağ 6 və 16-cı dəqiqələrdə buraxılan qollarla hesabda 2 top fərqi ilə geri düşüb. Buna baxmayaraq, ruhdan düşməyən Azərbaycan çempionu 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb.

    İlk hissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıya əla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib.

    Matçda son nöqtəni isə 86-cı dəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da Qarabağ Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.

    #Türkiyə #Azərbaycan #Qarabağ #UEFA #Qurban Qurbanov #Fənərbağça #Qarabağ FK #Çempionlar Liqası #Benfika #Brunu Laje #Aleksey Kaşuk #Leandro Andrade #Kamilo Duran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    21 İyul 2026 21:13

    Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

    21 İyul 2026 18:32

    Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

    21 İyul 2026 18:18

    Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

    21 İyul 2026 18:15

    Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək

    21 İyul 2026 18:11

    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb

    21 İyul 2026 18:05

    Azərbaycan-Almaniya münasibətləri çox dinamik inkişaf edir - Merts

    21 İyul 2026 16:30

    Azərbaycanla enerji əməkdaşlığımızı daha da şaxələndirmək istəyirik - Merts

    21 İyul 2026 16:28

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30
    XƏBƏR LENTİ

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Özəlin yeni partiyasına kimlər qatılacaq?

    Baykar və Leonardo yeni PUA təqdim etdi

    Elə bil dünən idi…

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.