Cəmiyyət

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülür.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilib. Təkcə 2025-ci il ərzində 15 küçə və prospektdə, həmçinin 2 ərazidə 15 kilometr mikromobillik zolağı çəkilib. Bununla da şəbəkənin ümumi uzunluğu 50 kilometrə çatdırılıb.

Layihə çərçivəsində şagirdlər üçün qrafik dizayn üzrə praktiki məşğələlərin və interaktiv təlimlərin təşkili nəzərdə tutulur. Bu məqsədlə kurslarda iştirak etmək istəyənlər arasından 40 nəfər şagird seçiləcək. Təlimlər zamanı iştirakçılar qrafik dizaynın əsasları ilə yanaşı, vizual düşünmə, yaradıcı problem həlli, tənqidi düşünmə, əməkdaşlıq və rəqəmsal ifadə bacarıqları üzrə praktik fəaliyyətlər həyata keçirəcəklər. “Öyrənmənin qrafik dizaynı” qrant layihəsi Aygün Nəcəfova Şəmsəddin qızı tərəfindən Bakı şəhəri Yasamal rayonu 31 nömrəli tam orta məktəbdə icra olunur. Layihə Azərbaycan İncəsənət Məktəbi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

Layihə çərçivəsində 5–8-ci sinif şagirdlərinin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, özünəinamın gücləndirilməsi, səhnə nitqinin formalaşdırılması və komanda ilə işləmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə praktiki məşğələlərin və interaktiv təlimlərin keçirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində teatr elementləri üzərində iş, ssenari quruculuğu və forum teatr metodlarından istifadə olunacaq.

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bildirilir ki, hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "dumanlı hava" xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. "Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “dumanlı hava” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə bildirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib. Səfər çərçivəsində Leyla Əliyeva Qusar rayonunun Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və “Kənd Həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib. Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib. O, ölkəmizin şimal bölgəsinə xas olan kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış olub.

Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub. Artıq sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxt istiqamətində hərəkət edə bilirlər.

Ədliyyə Nazirliyinin müvafiq idarəsi Azərbaycanın Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni idarə heyətini dövlət qeydiyyatına alıb. AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, bununla bağlı rəsmi çıxarış bu gün Cəmiyyətə təqdim edilib. Yeni idarə heyəti qarşıdakı dövrdə qiymətləndirmə sahəsində peşəkarlığın artırılması, üzvlərin maraqlarının qorunması, sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək. Azərbaycanın Qiymətləndiricilər Cəmiyyəti bundan sonra da dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyi planlaşdırır.