Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib

    7 Yanvar 2026 17:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Ədliyyə Nazirliyinin müvafiq idarəsi Azərbaycanın Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni idarə heyətini dövlət qeydiyyatına alıb. AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, bununla bağlı rəsmi çıxarış bu gün Cəmiyyətə təqdim edilib.

    AzerVoice xəbər verir ki, qeydiyyatın tamamlanması ilə AQC-nin idarəetmə strukturu qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşib. Bu qərar Cəmiyyətin fəaliyyətinin daha sistemli qurulmasına, idarəetmədə şəffaflığın və davamlılığın təmin olunmasına imkan yaradıb.

    Yeni idarə heyəti qarşıdakı dövrdə qiymətləndirmə sahəsində peşəkarlığın artırılması, üzvlərin maraqlarının qorunması, sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək. Azərbaycanın Qiymətləndiricilər Cəmiyyəti bundan sonra da dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyi planlaşdırır.

    Xatırladaq ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti (AQC) 1998-ci ildə təsis olunub və ölkəmizin ilk assosiativ ictimai birliklərindən biridir. Qiymətləndiricilər arasında qarşılıqlı, faydalı və kordinasiyalı fəaliyyəti təşkil edən AQC dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir. Bu günə qədər qiymətləndirmə sahəsində yüzlərlə sertifikasiya imtahanı və çoxsaylı meqa layihələr həyata keçirib. 2022-ci ilin mayından quruma rəhbərlik edən Vüqar Oruc eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin qatıldığı, Rusiya, Belarus, Gürcüstan qiymətləndirmə birliklərinin fəaliyyətində yaxından iştirak etdiyi, 700-dən artıq qiymətləndirmə şirkəti və minlərlə qiymətləndiricinin təmsil olunduğu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidentidir.

    #Azərbaycan #Bakı #Ədliyyə nazirliyi #Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    16 İyul 2026 10:58

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    16 İyul 2026 10:48

    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yollanıb

    16 İyul 2026 09:19

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Azərbaycan XİN vətəndaşlara xəbərdarlıq etdi: Riskli bölgələrdə işləməyin

    15 İyul 2026 15:45
    XƏBƏR LENTİ

    Böyük Britaniya SEPAH-a dəstəyi cinayət elan adlandırıb

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    İranın hücumları Hörmüz boğazında sabitlik bərpa olunana qədər davam edəcək - SEPAH komandanı

    Küveyt İranın hücumlarını "son dərəcə təhlükəli eskalasiya" adlandırıb

    Hörmüz boğazı və Qırmızı dənizlə bağlı risklər neft qiymətlərini yüksəldib

    Oman sahilləri yaxınlığında ticarət gəmisi ilə bağlı insident araşdırılır

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    Tehranın cümə imamı hansı qisas çağırışını edib?

    ABŞ Çabahar limanındakı dəniz nəqliyyatına nəzarət qülləsini məhv edib - İran

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.