Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa əsasən, mediasiya mübahisə tərəflərinin könüllü razılığı ilə, neytral və müstəqil mediatorun köməyi vasitəsilə qarşılıqlı məqbul razılaşmaya gəlmələrini təmin edən alternativ mübahisə həlli üsuludur. Burada əsas məqsəd tərəflərin öz iradələri ilə, məhkəmədənkənar şəkildə mübahisəni həll etmələridir. Yəni mediasiya qərar verən deyil, tərəfləri razılaşdıran bir mexanizmdir.
Cəmiyyət
Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirakını təsdiq edib. Bu barədə müqavilə Beynəlxalq Bağçılıq Sərgisi üzrə Yaponiya Assosiasiyası və Azərbaycan dövləti tərəfindən Heydər Əliyev Mərkəzi arasında imzalanıb. “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisi gələn il martın 19-dan sentyabrın 26-na kimi Yaponiyanın Kanaqava prefekturasında yerləşən Yokohama şəhərində keçiriləcək.
Vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha iki yeni xidmət istifadəyə verilib. Artıq istifadəçilər mülki pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsinə xüsusi icazənin verilməsi və PUA-ların dövlət qeydiyyatına alınması üzrə müraciətlərini rəqəmsal şəkildə “mygov” platforması üzərindən göndərə bilərlər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Eşqin Əli oğlu Bayramov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, Eşqin Bayramov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında “Ölkəşünaslıq - Avropa ölkələri” ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb. Doktorantura təhsili dövründə beynəlxalq qrant layihəsinin qalibi olub və Yunanıstanın Beynəlxalq Hellenic Universitetində elmi tədqiqatçı kimi çalışıb.
1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də geniş imkanlar ortaya çıxdı. Aparılan köklü islahatlar nəticəsində senzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Eyni zamanda, redaksiyaların davamlı inkişafı və iqtisadi müstəqilliyinin artırılması, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Azərbaycanda avtomobil bazarında 2026-cı ildə tələbatın azalması və ümumi aktivliyin zəifləməsi gözlənilir. Ekspertin sözlərinə görə, ölkədə avtomobil bazarını formalaşdıran əsas amil hər zaman tələbat olub və bazarın istiqamətini məhz aktiv istehlakçı seqmentləri müəyyənləşdirib. Məmmədov qeyd edib ki, xüsusilə Bakıda taksi fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər bazara birbaşa təsir göstərir.
Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər.
Ucar şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Təhsil müəssisəsinin 1958-1960-cı illərdə inşa olunan binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Tikintisi 2025-ci ilin dekabr ayında başa çatan məktəb 3 mərtəbəli və 5 korpusludur.Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib. Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi-hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları və açıq idman meydançası tədrisin yüksək səviyyədə keçməsini təmin edəcək. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Bu kəsişmədə sürücülərin daha rahat görmələri üçün yeni svetoforlar quraşdırıldı. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
2025-ci il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 7672 zəng qəbul edilib. Bu barədə nazirliyin məlumatında qeyd olunub.
Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb.