Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Mədəniyyət
    Mədəniyyət

    19 müəllim “Üzeyir Hacıbəyli Mükafatı”nı qazanıb

    9 Yanvar 2026 12:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    19 müəllim “Üzeyir Hacıbəyli Mükafatı”nı qazanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli Mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb.

    AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təsdiq etdiyi Reqlamentə əsasən müsabiqə iki mərhələdə təşkil olunub. Reqlamentin tələblərinə uyğun olaraq namizədlərin peşəkar fəaliyyəti, bilik və bacarıqları Ekspert Komissiyası tərəfindən qiymətləndirilib və yüksək göstəricilərə malik iştirakçılar müəyyənləşdirilib.

    Müsabiqəyə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim namizəd qatılıb.

    Müsabiqənin I mərhələsinin nəticələrinə əsasən seçilmiş iştirakçılar II mərhələyə buraxılıb. Sonrakı mərhələdə Reqlamentə uyğun olaraq Komissiya üzvləri tərəfindən iştirakçıların açıq dərslərinin videoyazılarına baxış keçirilib və namizədlər peşəkar meyarlar əsasında qiymətləndirilib.

    19 dekabr 2025-ci il tarixində Komissiyanın iclasında müzakirələrin yekununda 19 müəllim (https://shorturl.at/eFmyn) müsabiqənin qalibi elan edilib və onlar “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görülərək həm pul mükafatı, həm də diplomlarla təltif ediləcəklər.

    Qeyd edək ki, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən bu müsabiqə musiqi və incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkarlığının təşviqi, yaradıcı potensialının üzə çıxarılması və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

    19 müəllim “Üzeyir Hacıbəyli Mükafatı”nı qazanıb
    #Azərbaycan #Mədəniyyət Nazirliyi #Üzeyir Hacıbəyli #Üzeyir Hacıbəyli Mükafatı #Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.