Cəmiyyət

Layihə çərçivəsində məktəbdən seçilmiş 40 nəfər şagird üçün dram klub yaradılacaq. Daha sonra klub iştirakçıları ilə dram məşqləri və tətbiqyönlü təlimlər həyata keçirilərək onların stress və emosiyaların idarə edilməsi, effektiv ünsiyyət, nitq, komanda ilə iş, çevik uyğunlaşma və özünəinam kimi bacarıqlarının inkişafına dəstək veriləcək.

Bu məqsədlə 32 şagird gitara dərslərinə cəlb olunacaq, təlimlər vasitəsilə onların musiqi bacarıqları ilə yanaşı diqqət və fokuslanma, özünəinam, özünüifadə, zaman idarəetmə, əməkdaşlıq və komanda işi kimi həyati bacarıqlarından ən azı 3-nün inkişafına yönəlmiş praktiki fəaliyyətlər həyata keçiriləcək. Xatırladırıq ki, “İncəsənət Körpüsü” qrant layihəsi Dürdane Əsgərova Talıb qızı tərəfindən 150 nömrəli tam orta məktəbdə, tərəfdaş kimi Azərbaycan İncəsənət Məktəbi ilə birgə həyata keçirilir.

“Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək. Zirvənin əsas müzakirə mövzularını formalaşdırır. “Bahalı səhvlər” konsepti ilə keçirilən tədbir, maliyyə, əmək münasibətləri və vergi sahəsində risklərin səbəblərini, nəticələrini və qarşısının alınması yollarını ekspert baxışları və real praktika əsasında gündəmə gətirir. Tədbirin əsas məqsədi maliyyə, əmək və vergi sahələrində uçot proseslərinə gələcək yönümlü yanaşmaları müzakirə etmək, praktik həll yollarını ön plana çıxarmaqdır. Sürətlə dəyişən qanunvericilik, artan maliyyə və vergi riskləri, eləcə də bir baxışda kiçik görünən, lakin ciddi maliyyə nəticələrinə səbəb olan səhvlər tədbirin əsas müzakirə mövzularını formalaşdırır. Həmçinin, biznes mühitində qarşıya çıxan risklərin daha düzgün dəyərləndirilməsi və idarə olunması mövzusuna fokuslanır.

Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli imzalayıblar. Tədbir çərçivəsində eyni zamanda 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.

Azərbaycan ilə İtaliya arasında 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbir həyata keçiriləcək. Bildirilib ki, müzakirələr zamanı siyasi əməkdaşlıq, ticari-iqtisadi, sənaye, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər nəzərdən keçirilib.

Bakıda Azərbaycan–İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilir. Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir. Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirə keçirilib. Bu gün həmçinin dövlət başçısının Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Prezidentin Sərəncamında Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.

Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 16-cı Assambleyası çərçivəsində Assambleyanın 17-ci sessiyasının prezidenti və dörd vitse-prezidentliyinə dair namizəd ölkələr təqdim edilib. Assambleyanın vitse-prezidentləri isə digər dörd regional qrupun hər birindən üzv olmaqla formalaşdırılır. Vitse-prezidentlər vəzifəsinə Avropa və digərləri regional qrupundan Azərbaycanın, Afrika regional qrupundan Komor adalarının, Asiya və Sakit Okean regional qrupundan Tonqa Krallığının, Latın Amerikası və Karib dənizi regional qrupundan Qrenadanın namizədliyi təqdim edilib.

Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Ötən beş il ərzində Agentliyin fəaliyyəti, ölkədə həyata keçirilən media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırır.

Layihə çərçivəsində 9–12 yaşlı 15 və 13–16 yaşlı 15 şagird olmaqla ümumilikdə 30 şagird “Teatr dərnəyi”nə cəlb olunacaq. Xatırladırıq ki, “Təhsildə İncəsənət” qrant layihəsi Pərvanə Səfərova Qorxmaz qızı tərəfindən Bakı şəhəri Yasamal rayonu 150 nömrəli tam orta məktəbdə, tərəfdaş kimi Azərbaycan İncəsənət Məktəbi ilə birgə həyata keçirilir.

09 yanvar 2026-cı il tarixində “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində Quba rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı ilə dəyirmi masa formatında görüş keçirilib. Tədbirdə ictimai birliklərin cəmiyyətin inkişafında artan rolu vurğulanıb, Azərbaycan Respublikası Prezidentinin QHT-lərə və ümumilikdə vətəndaş cəmiyyətinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib.