Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Qubada QHT-lərin iştirakı ilə dəyirmi masa keçirilib

    12 Yanvar 2026 12:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qubada QHT-lərin iştirakı ilə dəyirmi masa keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    09 yanvar 2026-cı il tarixində “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində Quba rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı ilə dəyirmi masa formatında görüş keçirilib.

    AzerVoice xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Fərman, Agentlikdə aparılan struktur islahatları, İdarə Heyyətinin yaradılması və Müşahidə Şurasının yeni tərkibinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

    Tədbirdə ictimai birliklərin cəmiyyətin inkişafında artan rolu vurğulanıb, Azərbaycan Respublikası Prezidentinin QHT-lərə və ümumilikdə vətəndaş cəmiyyətinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib.

    Eləcə də Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudovun təşəbbüsü ilə QHT-lərin təşkilatçılığı altında dövlət qurumlarının əməkdaşları arasında keçirilməsi planlaşdırılan intellektual müsabiqəyə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Müzakirələr zamanı nəzərdə tutulan tədbirlərin icra planının hazırlanması, müsabiqənin formatının müəyyənləşdirilməsi və bu istiqamətdə iş bölgüsünün aparılması qərara alınıb.
    Tədbirdə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək, “İnnovativ İnkişafa Dəstək” və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birlikləri iştirak ediblər.

    Qubada QHT-lərin iştirakı ilə dəyirmi masa keçirilib
    Qubada QHT-lərin iştirakı ilə dəyirmi masa keçirilib
    Qubada QHT-lərin iştirakı ilə dəyirmi masa keçirilib
    Qubada QHT-lərin iştirakı ilə dəyirmi masa keçirilib
    Qubada QHT-lərin iştirakı ilə dəyirmi masa keçirilib
    #Quba QHT-ləri #qeyri-hökumət təşkilatları görüşü #dəyirmi masa toplantısı #vətəndaş cəmiyyəti #QHT-lərə Dövlət Dəstəyi Agentliyi #QHT struktur islahatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Gecə saat 3-də oyanmağın elmi səbəbi nədir?

    23 Avqust 2026 16:00

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    22 Avqust 2026 21:52

    Kosmosda məlumat mərkəzləri quran “Starcloud”un dəyəri 2,3 milyard dollara çatıb

    21 Avqust 2026 20:03

    Kitab oxumağın faydaları haqqında nə bilirik?

    21 Avqust 2026 07:56

    Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

    20 Avqust 2026 14:37

    Körfəz ölkəsində ailə böhranı - Küveytdə iyun ayının ən son rəsmi hesabatı açıqlandı

    20 Avqust 2026 11:48

    Gələcəyin rəssamları bir araya gəlir: Ər-Riyadda möhtəşəm rəqəmsal sərgi keçiriləcək

    20 Avqust 2026 08:10

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    İstehlakdan istehsala keçid - Səudiyyə Ərəbistanı öz rəqəmsal məhsullarını yaradır

    19 Avqust 2026 10:07

    Azərbaycan sərhəd mühafizəsinin yaradılmasından 107 il ötür

    18 Avqust 2026 10:32

    Tehran Fransa səfirliyinin iki əməkdaşına qapıları bağladı

    17 Avqust 2026 18:20

    “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti dəyirmi masa keçiriləcək

    10 Aprel 2026 12:29
    XƏBƏR LENTİ

    Özbəkistan və Azərbaycan ikitərəfli münasibətləri tarixdə ən yüksək səviyyəyə çatdırıblar – Prezident Şavkat Mirziyoyev

    Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir – Prezident Şavkat Mirziyoyev

    Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub - Prezident İlham Əliyev

    Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir - Prezident İlham Əliyev

    İman və etiqad arasında fərq nədir?

    Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

    Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub

    Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib

    Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

    Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.