Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Cəmiyyət
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 14-də dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi, “PAŞA Həyat” Sığorta Şirkəti Hüquq departamentinin direktoru Səbuhi Göyüşovla görüşüb. Səbuhi Göyüşovu salamlayn nazir “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunan müsabiqə Azərbaycanın intellektual və peşəkar potensialının üzə çıxarılması baxımından çox əhəmiyyətli platformadır. Sürətlə inkişaf edən respublikamızda bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində yeni nəsil idarəçilərə ehtiyac var.
XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli olmağa çağırır. Qurumun yaydığı məlumata görə, son günlərdə sosial şəbəkələr və messencerlər vasitəsilə dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi adı altında fişinq xarakterli saxta domenlər yayılır.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 14-də Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib. Mədəniyyət Nazirliyində keçirilən qəbulda paytaxtla yanaşı, bölgələrdən də sakinlər, o cümlədən bir qrup mədəniyyət xadimi iştirak edib. Vətəndaşların müraciətləri, əsasən, yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
“Şamaxinka”da hərəkət növbəliliyinin tənzimlənməsi üçün yeni svetoforlar quraşdırılır. Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi svetoforlarla tənzimlənəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2025-ci ildə əlilliyi olan 142 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. “ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaqdır.
Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib.
BAKI, AzerVoice Prezident İlham Əliyevin izi ilə təşkil edilmiş media-tur çərçivəsində jurnalistlərin Ağdərə rayonunun Aşağı Oratağ kəndinə səfəri başlayıb. AzerVoice-un xəbərinə görə, kənd 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Bu gün sübh namazına qalxanda balaca oğlum Osmanın məsum yatışına baxdım. Daha sonra İranda müharibə olmasını səbirsizlik ilə gözləyən insanlar göz önümə gəldi. Müharibə harada olur olsun dəhşət və qırğın deyilmi? Qopmuş bədənlər, yetim qalmış uşaqlar, ana atasını itirmiş ortalıqda qalan körpələr deyilmi? Xaos deyilmi? Qəzza göz önündə olmadımı? Suriya on dörd il zülm zillət yaşamadımı? İraqda insanlar işgəncə görmədimi? Bunun siyasət tərəfini demirəm. Mən də bununla bağlı gündə bir neçə müsahibə verirəm, insan olma tərəfini deyirəm. Nə üçün evində yatan körpələrin üzərinə bombalar yağsın? Nə üçün iffətlər korlansın? Heç bir ölkə daxilində iqtisadi problemlər xarici müdaxilə ilə həll edilməyib?
Yasamal rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Hadisə səbəbindən "20 Yanvar" metrostansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. "Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə məlumatda qeyd olunub.