Cəmiyyət

Müasir müsəlman ölkələrinin ən ciddi problemlərindən biri təşəbbüskarlığın zəifləməsidir. İnsanlar təşəbbüs göstərməyə meyilli deyillər. Halbuki təşəbbüs olmayan yerdə inkişaf da olmaz. Nə elmi inkişaf edər, nə sənət, nə iqtisadiyyat, nə də sağlam ictimai münasibətlər formalaşar.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq gənclər arasında tarixi yaddaşın qorunması və milli şüurun gücləndirilməsi məqsədilə “Şahidlər danışır” adlı görüş təşkil olunub. Görüşdə 20 Yanvar faciəsinin canlı şahidləri – Əməkdar jurnalist, İTV Yayım Şurasının və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, şəhid Ələsgər Qayıbovun yaxınları Qayıbova Sərmayə və Murğuzov Salman iştirak ediblər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) rəhbərliyi və nüməyəndələri ilə görüş keçirib. DVX rəisi Orxan Nəzərli bildirib ki, sahibkarlarla davamlı dialoq vergi inzibatçılığının inkişafı və şəffaf biznes mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. DVX sahibkarlarla açıq və konstruktiv müzakirələrə hər zaman önəm verir, belə formatlı görüşlər qarşılıqlı etimadı möhkəmləndirir, gələcək fəaliyyətin daha səmərəli planlaşdırılmasına imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib. H.Abbasov Agentliyin fəaliyyət istiqamətləri, özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqamətində işsiz və işaxtaran şəxslərə təqdim olunan zərflər barədə məlumat verərək, bu mövzuda birgə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.

Azərbaycanda istehsal olunan məhsulların tanıdılması məqsədi iləBizi buradan izləyin və Bizə yazın Bakıda “Nar Naxışı” festivalı keçiriləcək. Tədbir 25 yanvar 2026-cı il tarixində “Hyatt Regency Baku” hotelində “ShoppingAZ” platformasının təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Davosda Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda panel sessiya təşkil edib.

Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. Tədbirdə mədəniyyət naziri Adil Kərimli çıxış edərək Mədəniyyət Konsepsiyasının məqsədləri və qarşıda duran vəzifələr barədə qısa məlumat verib.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) şirkət qurmaq prosesi əlverişli vergi mühiti və qlobal imkanları ilə investorları cəlb etsə də, bir çox sahibkar strateji bir səhvə yol verir. Bir çox iş adamının “əvvəl şirkəti qur, bank hesabını sonra açarsan” yanaşması ilə hərəkət etdiyini qeyd edən Ş.Kərimov, bunun ciddi risklər yaratdığını vurğulayıb. Onun sözlərinə görə, bank hesabı, rezidentlik vizası və "Emirates ID" kartı olmadan şirkət hüquqi olaraq mövcud sayılsa da, kommersiya baxımından tamamilə hərəkətsiz qalır. “Struktur düzgün qurulmadıqda ödəniş qəbul etmək, təchizatçılara pul köçürmək və dövlət xidmətlərindən yararlanmaq qeyri-mümkündür”-deyə o əlavə edib.

DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində növbəti addım olaraq Tərtər rayonunda Qarabağ Regional DOST Mərkəzinin DOST filialı fəaliyyətə başlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov filialda yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Respublikasının Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb. Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) məlumatında bildirilib. Bildirilir ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır.

“Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında keçiriləcək II Qadın Liderləri Zirvəsi, fərqli sahələrdən olan güclü qadın liderləri bir araya gətirərək liderlik anlayışını dərin və çoxşaxəli müzakirə müstəvisinə daşıyacaq. Zirvə liderliyə gedən yolun reallıqlarını, qarşıya çıxan baryerləri və uzunmüddətli uğurun əsasını təşkil edən davamlılıq anlayışını ön plana çıxaracaq.

Yanvarın 22-də Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, millət vəkilləri Fazil Mustafa, Ceyhun Məmmədov, Elnarə Akimova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov, mükafatın ekspert şurasının üzvləri və laureatları iştirak ediblər.