Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib

    23 Yanvar 2026 11:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) rəhbərliyi və nüməyəndələri ilə görüş keçirib.

    AzerVoice xəbər verir ki, görüşdə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin gücləndirilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklər və dövlət - biznes əməkdaşlığının yeni istiqamətləri müzakirə olunub.

    DVX rəisi Orxan Nəzərli bildirib ki, sahibkarlarla davamlı dialoq vergi inzibatçılığının inkişafı və şəffaf biznes mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. DVX sahibkarlarla açıq və konstruktiv müzakirələrə hər zaman önəm verir, belə formatlı görüşlər qarşılıqlı etimadı möhkəmləndirir, gələcək fəaliyyətin daha səmərəli planlaşdırılmasına imkan yaradır.

    Orxan Nəzərli həmçinin vurğulayıb ki, son illərdə vergi sistemində aparılan islahatların əsas hədəfi sahibkarlığın inkişafını təşviq etmək, şəffaf və bərabər rəqabət mühitini təmin etməkdir. Bu baxımdan biznesin tələblərinə uyğunlaşan çevik idarəetmə mexanizmləri formalaşdırılır, elektron xidmətlərin genişləndirilməsi və vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində ardıcıl addımlar atılır.

    Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) nümayəndələri DVX-nin sahibkarlarla əməkdaşlığa verdiyi dəstəyi yüksək qiymətləndirib, son illərdə aparılan islahatların pərakəndə ticarət və geyim idxalı sahəsində fəaliyyət göstərən biznes subyektləri üçün müsbət təsirini vurğulayıblar.

    Görüşdə sahibkarların vergi öhdəliklərinin yerinə yetirilməsi prosesində qarşılaşdıqları praktiki məsələlərlə bağlı təkliflər səsləndirilib, vergi inzibatçılığının daha da sadələşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Vergi orqanlarının sahibkarlığa yanaşmasında tərəfdaşlıq prinsipinin daha da gücləndirilməsi yüksək qiymətləndirilib, belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub.

    Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib
    Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib
    #Azərbaycan #İqtisadiyyat Nazirliyi #Dövlət Vergi Xidməti #Orxan Nəzərli #Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası #AFRA #biznes mühiti Azərbaycan #dövlət–biznes əməkdaşlığı #vergi sisteminin sadələşdirilməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.