Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    II Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

    22 Yanvar 2026 17:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    II Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    “Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında keçiriləcək II Qadın Liderləri Zirvəsi, fərqli sahələrdən olan güclü qadın liderləri bir araya gətirərək liderlik anlayışını dərin və çoxşaxəli müzakirə müstəvisinə daşıyacaq. Zirvə liderliyə gedən yolun reallıqlarını, qarşıya çıxan baryerləri və uzunmüddətli uğurun əsasını təşkil edən davamlılıq anlayışını ön plana çıxaracaq.

    AzerVoice xəbər verir ki, tədbirin açılışında “BigChefs” brendinin təsisçisi Gamze Cizrelinin keynote çıxışı liderlik, sahibkarlıq və şəxsi inkişaf mövzularında beynəlxalq təcrübəyə əsaslanan baxışları ilə iştirakçılara ilham verəcək.

    Zirvə bir gün ərzində baş tutacaq və üç əsas panel üzrə davam edəcək. Davos formatında keçiriləcək panellər çərçivəsində “Zirvəyə gedən yol”, “Zirvədəki baryerlər və maneələr” və “Zirvədə davamlılıq və dayanıqlılıq” mövzuları müzakirə olunacaq. Bu panellər qadınların liderlik yolculuğunun başlanğıc mərhələsindən zirvədə qalma strategiyalarına qədər olan bütün əsas mərhələləri əhatə edəcək.

    “Zirvəyə gedən yol” paneli çərçivəsində “Əli və Nino” kitab şəbəkəsinin təsisçisi Nigar Köçərli, aparıcı Leyla Quliyeva, kamandan oxatma üzrə Azərbaycan milli yığmasının üzvü Yaylagül Ramazanova, “Pasha Real Estate”in Qrup Risk və Komplayens direktoru İlahə Qazıyeva və 92.5 Dalğa FM radiosunun direktoru, BDU-nun müəllimi Ayşən Aslan-Məmmədli çıxış edəcək. Panelə startap layihələrinin qurucusu Türkan Fərzəliyeva tərəfindən moderatorluq ediləcək. Bu paneldə spikerlər şəxsi və peşəkar inkişaf yolunda keçdikləri mərhələləri, qarşılaşdıqları çətinlikləri, verdikləri kritik qərarları və bu yol boyunca onları zirvəyə aparan əsas dönüş nöqtələrini müzakirə edəcəklər.

    “Zirvədəki baryerlər və maneələr” panelində spikerlər qismində CNN Türkün Özəl Xəbərlər Müdiri Fulya Öztürk, “Liatris Holdinq”in direktoru Ruhiyyə Əliyeva, həyat kouçu, təlimçi və alpinist Vəfa Musayeva və “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadə şəxsi və peşəkar inkişaf real nümunələri bölüşəcəklər. Panelin moderatoru Baku TV-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri, diplomatik jurnalist Sevinc Gülməmmədova olacaq. Panel çərçivəsində qadınların peşəkar mühitdə öz şəxsi brendini formalaşdırması, düzgün kommunikasiya və görünürlük strategiyaları ilə seçilməsi, eləcə də rəqəmsal platformalarda etibarlı imic yaratması mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

    “Zirvədə davamlılıq və dayanıqlılıq” panel spikerləri sırasında “Moonwake Investment”in CFO-su Nazlı Məmmədova, “Leya Couture” brendinin təsisçisi Leyli Zalova, “MarLab” şirkətinin marketinq konsultantı və direktor müavini Şəbnəm Hümbətova, “BeeWelly” şirkətinin təsisçi və baş icraçı direktoru Talifa İsgəndərli və “WoWoman” platformasının CEO-su Arzu Ağazamanova olacaq. Panelin moderatoru “Baku Design Academy”nin təsisçisi Aysel Gülməmmədova olacaq. Bu paneldə spikerlər emosional zəkanın liderlikdə rolu və qadınların daxili gücünü qoruyaraq uğurlu yol çəkməsi barədə təcrübələrini bölüşəcəklər.

    Qadın Liderləri Zirvəsi biznes, media, maliyyə, startap, mədəniyyət və yaradıcı sənayeləri təmsil edən qadın liderlərin real təcrübələrini bir araya gətirərək, iştirakçılara ilhamverici dialoq, praktik bilik və güclü şəbəkələşmə imkanı təqdim edəcək.

    Tədbirdə iştirak və ətraflı məlumat üçün qlz.az saytına daxil ola bilərsiniz.

    • Sayt: https://qlz.az/

    • Instagram: https://www.instagram.com/qadinliderlerizirvesi/

    • Facebook: https://www.facebook.com/profile.php?id=61565512810752

    • LinkedIn: https://www.linkedin.com/company/104967321/

    Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və AzerVoice II Qadın Liderləri Zirvəsinin rəsmi media tərəfdaşıdır.

    #Azərbaycan #Bakı #Gülüstan sarayı #Facemark #II Qadın Liderləri Zirvəsi #Gamze Cizrelin #Yaylagül Ramazanova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37
    XƏBƏR LENTİ

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    Bu günə olan valyuta məzənnələri

    Kia avqust ayında 83 mindən çox maşın satdı

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.