Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    BƏƏ-də şirkət açmaq asandır, lakin bank hesabı olmadan fəaliyyət qeyri-mümkündür - Şahmar Kərimov

    23 Yanvar 2026 10:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BƏƏ-də şirkət açmaq asandır, lakin bank hesabı olmadan fəaliyyət qeyri-mümkündür - Şahmar Kərimov
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) şirkət qurmaq prosesi əlverişli vergi mühiti və qlobal imkanları ilə investorları cəlb etsə də, bir çox sahibkar strateji bir səhvə yol verir.

    Biznesetup Marketing Management L.L.C şirkətinin təsisçisi Şahmar Kərimov AzerVoice-a verdiyi açıqlamasında bildirib ki, ticarət lisenziyasının alınması biznesin tam fəaliyyəti üçün kifayət etmir. Bir çox iş adamının “əvvəl şirkəti qur, bank hesabını sonra açarsan” yanaşması ilə hərəkət etdiyini qeyd edən Ş.Kərimov, bunun ciddi risklər yaratdığını vurğulayıb. Onun sözlərinə görə, bank hesabı, rezidentlik vizası və "Emirates ID" kartı olmadan şirkət hüquqi olaraq mövcud sayılsa da, kommersiya baxımından tamamilə hərəkətsiz qalır. “Struktur düzgün qurulmadıqda ödəniş qəbul etmək, təchizatçılara pul köçürmək və dövlət xidmətlərindən yararlanmaq qeyri-mümkündür”-deyə o əlavə edib.

    Şahmar Kərimov qeyd edib ki, rezidentlik statusu olmadıqda biznesə nəzarət çətinləşir və uyğunluq yoxlamaları daha sərt aparılır.

    “Bu müddətdə müqavilələr gecikir, vaxt itirilir və nəticədə real biznes imkanları əldən çıxır. Sonradan strukturun düzəldilməsi isə həm maliyyə, həm də reputasiya baxımından sahibkara daha baha başa gəlir.

    Regiona investisiya etməyi planlaşdıranlar üçün əsas prioritetlər dəqiq hüquqi struktur, əsas tərəfdaşlar üçün rezidentlik və tam funksional korporativ bank hesabıdır.”-deyə Kərimov əlavə edib.

    Uğurlu fəaliyyət üçün təməli ilk gündən düzgün qurmağın vacib olduğunu bildirən Şahmar Kərimov şəffaf sənədləşmənin önəmini xatırladıb.

    “Biznesi ayaqda saxlayan kağız üzərindəki sənədlər deyil, məhz tənzimlənən nağd pul axınıdır” deyən Ş.Kərimov, bu addımları peşəkar şəkildə həyata keçirmək və Dubayda dayanıqlı biznes qurmaq istəyən sahibkarlar üçün Biznesetup komandasının tam dəstək verməyə hazır olduğunu bildirib.

    #Azərbaycan #Şahmar Kərimov #BƏƏ-də şirkət yaradılması #Dubayda biznes qeydiyyatı #BƏƏ biznes mühiti #Dubay investisiya imkanları #korporativ bank hesabı açılması #BƏƏ bank prosedurları #BƏƏ vergi üstünlükləri #BƏƏ maliyyə tənzimləmələri #Biznesetup Marketing Management
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb - XİN

    18 İyul 2026 19:41

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    18 İyul 2026 10:42

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    18 İyul 2026 09:11

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37
    XƏBƏR LENTİ

    Linuxda vaxt və saat tənzimləməsi - Date və timedatectl dərsləri

    Bərdədən Səmərqəndə uzanan elmi yol: Hədis hafizi Əbu Əli Bərdəi

    Bitkilərin cinsiyyəti varmı?

    Allied – Müharibənin kölgəsində eşq və xəyanət imtahanı

    Şam işığında yaranan anatomiya və gizli güzgü yazısı: Leonardo da Vinçinin şok bioqrafiyası

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    Kəhf surəsi nədən bəhs edir?

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.