Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Ombudsman: Son illərdə rəqəmsal məkanda uşaqların təhlükəsizliyi ilə bağlı məsələlərə fəaliyyətimizdə xüsusi diqqət yetirilir

    2 Aprel 2026 13:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ombudsman: Son illərdə rəqəmsal məkanda uşaqların təhlükəsizliyi ilə bağlı məsələlərə fəaliyyətimizdə xüsusi diqqət yetirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Ombudsman Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının illik konfransı çərçivəsində “Rəqəmsal məkanda insan hüquqlarının müdafiəsi və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilmiş tədbirdə iştirak edib

    VOA xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) illik konfransı çərçivəsində “Rəqəmsal məkanda insan hüquqlarının müdafiəsi və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilmiş tədbirdə iştirak edib.
    Alyansa üzv ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva ölkəmizdə rəqəmsallaşma proseslərinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
    S.Əliyeva Azərbaycanın Ombudsman təsisatının rəqəmsal məkanda insan hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verdiyini bildirib, 2025-ci il üzrə illik məruzəsində insan hüquqlarının rəqəmsal mühitdə daha effektiv müdafiəsinin təmini məqsədilə bir sıra mühüm təkliflərin irəli sürüldüyünü qeyd edib.
    GANHRI-nin Cenevrə şəhərində keçirilən illik iclası çərçivəsində Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə “Rəqəmsal dövrdə uşaq hüquqlarının müdafiəsi: Azərbaycan Milli İnsan Hüquqları Təsisatının praktik yanaşmaları” mövzusunda tədbir təşkil olunub.
    Türkiyə, Özbəkistan, Qırğızıstan, Bosniya və Herseqovina, Filippin, Tayland, İtaliya, Gürcüstan, Pakistan, Slovakiya, Maldiv və digər ölkələrin milli insan hüquqları təsisatları və Cenevrədəki diplomatik nümayəndəliklərinin də iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxışı zamanı Ombudsman Səbinə Əliyeva fəaliyyətində uşaq hüquqlarının müdafiəsinin prioritet istiqamətlərdən biri olduğunu, son illərdə rəqəmsal məkanda uşaqların təhlükəsizliyi ilə bağlı məsələlərə xüsusi diqqət yetirildiyini bildirib.
    Müvəkkil monitorinq fəaliyyəti çərçivəsində ölkədə uşaq hüquqlarının təmini vəziyyətinin qiymətləndirildiyini, mövcud problemlərin, o cümlədən rəqəmsal mühitlə bağlı çətinliklərin araşdırıldığını və müvafiq qurumlara tövsiyələrin verildiyini diqqətə çatdırıb.
    Səbinə Əliyeva Azərbaycanın müxtəlif bölgələrində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda uşaqlar üçün internetdən təhlükəsiz istifadə və rəqəmsal mühitdə mövcud olan risklərlə bağlı bir sıra maarifləndirici tədbirlərin təşkil edildiyini bildirib.
    Ombudsman, həmçinin uşaq hüquqları sahəsində beynəlxalq təşkilatlar və digər ölkələrin milli insan hüquqları təsisatları ilə fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, Avropa Uşaq Ombudsmanları Şəbəkəsi çərçivəsində müntəzəm olaraq təcrübə mübadiləsinin aparıldığını bildirib.
    Sonra Bosniya və Herseqovinanın Ombudsmanı, beynəlxalq ekspert Jasminka Dzhumhur çıxış edərək, Azərbaycan Ombudsmanının təşəbbüsü ilə keçirilən tədbirdə müzakirə olunan mövzunun aktuallığı, bu sahədə mövcud beynəlxalq təcrübə və təmsil etdiyi ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib.
    Daha sonra tədbirdə iştirak edən Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin (ENNHRI) baş katibi Debbi Kohner və Slovakiya Ombudsmanı Robert Dobrovodski çıxış edib, rəqəmsal mühitdə uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətdə milli insan hüquqları institutlarının rolu və tətbiq olunan praktiki yanaşmalar barədə iştirakçıları məlumatlandırıblar.
    Tədbir zamanı Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdir müavini Nuriyyə Məmmədova “Rəqəmsal mühitdə uşaq hüquqlarının qorunmasında Azərbaycan təcrübəsi və praktik yanaşmalar” mövzusunda təqdimatla çıxış edib, müvafiq sahədə Azərbaycan Ombudsmanının əldə etdiyi müsbət təcrübələr barədə məlumat verib.
    Tədbirdə, həmçinin Ombudsman Aparatı tərəfindən hazırlanmış uşaqların rəqəmsal mühitdə qorunmasına dair maarifləndirici videoçarx nümayiş etdirilib, mövzu üzrə geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

    #ombudsman
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib

    7 May 2026 13:12

    Uşaqlar arasında energetik içki istifadəsi artır - Ombudsman aparatı

    21 Aprel 2026 12:00

    Bakıda əlilliyi olan şəxslər üçün infrastrukturun monitorinqi aparılıb

    14 Aprel 2026 12:00

    Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir

    8 Aprel 2026 17:00

    Ombudsman Aparatı tərəfindən uşaqların rəqəmsal mühitdə qorunmasına dair maarifləndirici videoçarx hazırlanıb

    25 Mart 2026 15:43

    Azərbaycanda dini və milli icmalara aid qəbiristanlıqlar yoxlanılıb

    19 Mart 2026 15:57

    Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb

    18 Mart 2026 23:33

    Ombudsman İran ərazisindən Naxçıvana PUA hücumlarını pisləyib

    5 Mart 2026 22:32

    Şəhid ailəsi statusunda dəyişiklik edilə bilər

    27 Fevral 2026 09:41

    Ombudsmanın regional mərkəzləri Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

    26 Fevral 2026 15:49

    Ombudsman məruzəsini Prezidentə təqdim edib

    24 Fevral 2026 15:09

    Ombudsman bəyanat yaydı

    19 Yanvar 2026 14:41
    XƏBƏR LENTİ

    Niyə "Yad adamlardan uzaq dur" qaydası artıq uşaqları qorumaq üçün kifayət etmir?

    Romanovlar ailəsinin edamı: 300 illik imperiya sülaləsinin sonu

    Tarixdə bu gün - 16 İyul

    Rubio ifrat solçu terrorçuluqla bağlı beynəlxalq toplantı keçirəcək

    Qalibaf milli maraqlar üçün vahid mövqeyin vacibliyini vurğulayıb

    Enerji təchizatında uzunmüddətli fasilə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər - BVF

    Danışıqlar güzəştə getmək demək deyil - Qalibaf

    Bəndər Abbas üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatı vurulub - İran

    İşğal altındakı İordan çayının qərb sahilində gərginlik davam edir

    Meyndə demokratların Senat debatı səkkiz namizədlə keçiriləcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.