Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycanda dini və milli icmalara aid qəbiristanlıqlar yoxlanılıb

    19 Mart 2026 15:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanda dini və milli icmalara aid qəbiristanlıqlar yoxlanılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Ombudsmanın bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizmi qismində fəaliyyəti çərçivəsində növbəti monitorinq hesabatı hazırlanıb.

    VOA xəbər verir ki, monitorinq çərçivəsində Ombudsmanın Aparatının və regional mərkəzlərinin əməkdaşları tərəfindən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Göygöl, Quba, İsmayıllı, Lənkəran və digər ərazilərdə yerləşən, digər millətlərə və dinlərə mənsub şəxslərə aid qəbiristanlıqlara və memorial obyektlərə baxış keçirilib.

    “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilmiş monitorinqin əsas məqsədi Azərbaycanda müxtəlif dövrlərdə salınmış həmin qəbiristanlıqların mövcud vəziyyətinin qüvvədə olan normativ hüquqi aktlar və beynəlxalq müqavilələrin tələblərinə uyğun qiymətləndirilməsi, eləcə də onların idarə edilməsi, mühafizəsi və istifadəsində bərabərlik prinsipinə riayət olunub-olunmamasının araşdırılması olmuşdur.

    Hesabatda Göygöl rayonunda XIX əsrdə məskunlaşmış almanlara aid qəbiristanlıq, Bakı, Mingəçevir və Sumqayıt şəhərlərində II Dünya müharibəsindən sonra ölkəmizdə yaşamış alman əsirlərinin dəfn edildiyi qəbiristanlıqlar, Britaniya Hərbi Memorialı, xristian və yəhudi icmalarına məxsus bəzi qəbiristanlıqlar, o cümlədən polyak icmasına məxsus məzarların hazırkı vəziyyəti ilə bağlı faktlar və fotomateriallar öz əksini tapıb.

    Yekunda monitorinqin nəticələrinə əsasən müvafiq dövlət və yerli icra hakimiyyəti orqanlarına tövsiyələr ünvanlanıb.

    Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

    #ombudsman
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb

    29 Avqust 2026 12:54

    Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

    28 İyul 2026 10:09

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib

    7 May 2026 13:12

    Uşaqlar arasında energetik içki istifadəsi artır - Ombudsman aparatı

    21 Aprel 2026 12:00

    Bakıda əlilliyi olan şəxslər üçün infrastrukturun monitorinqi aparılıb

    14 Aprel 2026 12:00

    Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir

    8 Aprel 2026 17:00

    Ombudsman: Son illərdə rəqəmsal məkanda uşaqların təhlükəsizliyi ilə bağlı məsələlərə fəaliyyətimizdə xüsusi diqqət yetirilir

    2 Aprel 2026 13:27

    Ombudsman Aparatı tərəfindən uşaqların rəqəmsal mühitdə qorunmasına dair maarifləndirici videoçarx hazırlanıb

    25 Mart 2026 15:43

    Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb

    18 Mart 2026 23:33

    Ombudsman İran ərazisindən Naxçıvana PUA hücumlarını pisləyib

    5 Mart 2026 22:32

    Şəhid ailəsi statusunda dəyişiklik edilə bilər

    27 Fevral 2026 09:41

    Ombudsmanın regional mərkəzləri Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

    26 Fevral 2026 15:49
    XƏBƏR LENTİ

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.