Münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması, onların ailələrinin və bütövlükdə cəmiyyətin həqiqəti bilmək hüququnun təmin edilməsi beynəlxalq hüququn fundamental tələblərindəndir. Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltmək, minlərlə itkin düşmüş, müharibə şəraiti və hərbi əməliyyatlar zamanı həyatlarını itirmiş naməlum şəxslərin, tutularaq gizli yerlərdə saxlanılan və ya gizli şəkildə qətlə yetirilmiş şəxslərin xatirəsini yad etmək məqsədilə 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Gününü təsis etmişdir.