Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycan Jurnalistlər Birliyi media azadlığı ilə bağlı bəyanat yayıb

    30 İyul 2026 19:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan Jurnalistlər Birliyi media azadlığı ilə bağlı bəyanat yayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən AzTV-nin “düşmən media qurumu” kimi təqdim edilməsi ilə bağlı bəyanat.

    Azərbaycan Jurnalistlər Birliyi İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media qurumlarının, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin media qurumları ilə peşə əlaqələri quran şəxslərin hüquqi məsuliyyətlə hədələnməsinə dair yayılmış məlumatı ciddi narahatlıqla qarşılayır və qətiyyətlə pisləyir.

    Jurnalistlərin peşə fəaliyyətinə görə hədələnməsi, media qurumlarının siyasi mülahizələrlə “düşmən” kimi damğalanması və beynəlxalq peşə əlaqələrinin məhdudlaşdırılması söz və ifadə azadlığına, habelə müstəqil jurnalistikanın fundamental prinsiplərinə ziddir. Bu cür yanaşma Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ümumi Bəyannaməsinin 19-cu maddəsi və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsi ilə təmin olunan fikir və ifadə azadlığı hüququnun mahiyyəti ilə uzlaşmır. Eyni zamanda, Beynəlxalq Jurnalistlər Federasiyasının (International Federation of Journalists – IFJ) 2019-cu ildə qəbul etdiyi “Global Charter of Ethics for Journalists” (Jurnalistlər üçün Qlobal Etik Xartiya) jurnalistlərin peşə fəaliyyətinin siyasi təzyiq və hədələrdən kənar həyata keçirilməsini beynəlxalq peşə etikasının əsas prinsiplərindən biri kimi təsbit edir.

    Belə addımlar təkcə jurnalistlərin peşə fəaliyyətinə deyil, həm də cəmiyyətin sərbəst informasiya almaq hüququna mənfi təsir göstərir, media sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad mühitinə xələl gətirir.

    Azərbaycan Jurnalistlər Birliyi hesab edir ki, media sahəsində yaranan fikir ayrılıqları yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri, peşə etikası və qarşılıqlı hörmət əsasında həll olunmalıdır. Jurnalistlərin peşə fəaliyyətinə görə hədələnməsi, onların beynəlxalq peşə əlaqələrinin məhdudlaşdırılması və media qurumlarının siyasi qarşıdurmaların alətinə çevrilməsi beynəlxalq hüququn fundamental prinsipləri ilə uzlaşmayan yanaşmadır.

    Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan mediasına və jurnalistlərinə qarşı yönələn hər hansı təhdidi, əsassız ittihamı və ayrı-seçkilik cəhdini qətiyyətlə rədd edir. Azərbaycan jurnalistlərinin peşə fəaliyyətinə kənardan müdaxilə edilməsini və onların peşə borclarını yerinə yetirmələrinə maneə yaradılmasını jurnalist peşəsinin universal dəyərlərinə və beynəlxalq peşə etikasına zidd hesab edir.
    Azərbaycan Jurnalistlər Birliyi Beynəlxalq Jurnalistlər Federasiyasını (International Federation of Journalists – IFJ), Avropa Jurnalistlər Federasiyasını (European Federation of Journalists – EFJ), Beynəlxalq Mətbuat İnstitutunu (International Press Institute – IPI) və media azadlığının müdafiəsi istiqamətində fəaliyyət göstərən digər beynəlxalq peşə təşkilatlarını baş vermiş hadisəyə prinsipial münasibət bildirməyə, jurnalistlərin peşə hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həmrəylik nümayiş etdirməyə çağırır.

    Azərbaycan Jurnalistlər Birliyi bir daha bəyan edir ki, media azadlığına, jurnalistlərin peşə müstəqilliyinə və sərbəst informasiya dövriyyəsinə qarşı yönələn hər bir cəhd azad sözün fundamental prinsiplərinə zərbə vurur. Birlik Azərbaycan Respublikasında media azadlığının, jurnalistlərin qanuni peşə fəaliyyətinin və ölkənin informasiya məkanının qanuni maraqlarının müdafiəsi istiqamətində bundan sonra da prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir.

    Azərbaycan Jurnalistlər Birliyi

    30 iyul 2026

    #İran #AzTV #söz azadlığı #Jurnalistlər #media azadlığı #Azərbaycan Jurnalistlər Birliyi #Beynəlxalq jurnalistika #İfadə azadlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Amerikalıların üçdə ikisi İranla müharibəni mənasız hesab edir

    30 İyul 2026 19:51

    İran Bolqarıstanı ABŞ-ın hərbi bazadan istifadəsi ilə bağlı qərara yenidən baxmağa çağırıb

    30 İyul 2026 19:47

    Hörmüz boğazı ilə bağlı İran–Oman danışıqları neftin qiymətini aşağı salıb

    30 İyul 2026 19:21

    Çin İrana silah göndərilməsi ilə bağlı iddiaları rədd edib

    30 İyul 2026 19:18

    ABŞ Senatı İranla bağlı yeni qətnaməni müzakirə edəcək

    30 İyul 2026 19:15

    İran cənub-qərbdə pilotsuz uçuş aparatının məhv edildiyini bildirib

    30 İyul 2026 19:09

    Körfəz Əməkdaşlıq Şurası İranın Küveyt və İordaniyaya hücumlarını kəskin pisləyib

    30 İyul 2026 19:03

    İordaniya Küveytə edilən ölümcül hücumu suverenliyə açıq təcavüz adlandırdı

    30 İyul 2026 18:38

    Qətər İranın İordaniya və Küveytə hücumlarını pisləyib

    30 İyul 2026 18:09

    Hörmüz boğazı ilə bağlı Omanla danışıqlar davam edir - İsmayıl Bəqai

    30 İyul 2026 18:06

    Qətərin LNG tankeri üç həftədən sonra ilk dəfə Hörmüz boğazından keçib

    30 İyul 2026 17:51

    İran üç ABŞ qırıcısını məhv etdiyini açıqlayıb

    30 İyul 2026 17:18
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı yeni çoxtərəfli müdafiə dəniz alyansı təşəbbüsünü müzakirə edib

    Suriyanın şimal-şərqində aşirət səfərbərliyi gərginliyi artırır

    Azərbaycan Jurnalistlər Birliyi media azadlığı ilə bağlı bəyanat yayıb

    İsrail Qəzzada "Sarı xətt" adlandırılan məhdud ərazini genişləndirməyə davam edir - BMT

    Amerikalıların üçdə ikisi İranla müharibəni mənasız hesab edir

    İran Bolqarıstanı ABŞ-ın hərbi bazadan istifadəsi ilə bağlı qərara yenidən baxmağa çağırıb

    Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

    Hörmüz boğazı ilə bağlı İran–Oman danışıqları neftin qiymətini aşağı salıb

    Çin İrana silah göndərilməsi ilə bağlı iddiaları rədd edib

    ABŞ Senatı İranla bağlı yeni qətnaməni müzakirə edəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.