Azərbaycan Jurnalistlər Birliyi İranın AzTV ilə bağlı mövqeyini qətiyyətlə pisləyib. Birlik jurnalistlərin peşə fəaliyyətinə görə hədələnməsinin və media qurumlarının siyasi səbəblərlə hədəfə alınmasının qəbuledilməz olduğunu bəyan edib. Bəyanatda bunun söz və ifadə azadlığına zidd olduğu vurğulanıb. Eyni zamanda, beynəlxalq hüququn və jurnalist peşə etikasının prinsiplərinə istinad edilib. Birlik media sahəsində fikir ayrılıqlarının yalnız dialoq və qarşılıqlı hörmət əsasında həll edilməsinin vacibliyini qeyd edib. Beynəlxalq media təşkilatları hadisəyə münasibət bildirməyə çağırılıb. Azərbaycan mediasının hüquqlarının müdafiəsinin davam etdiriləcəyi bildirilib.
#AzTV
“AnewZ” televiziya kanalında və AzTV-də Dövlət Təhlükəsizliyi Xidməti ilə “AnewZ” televiziya kanalının birgə layihəsi olan “Yolun yarısında” adlı sənədli film nümayiş etdirilib. Xarici ölkələrdə azərbaycanlılar niyə saxlanılıb? Qanunsuz miqrasiyanın təşkilində iştirak edən kimlərdir? “Yolun yarısında” adlı sənədli filmdə bu suallara aydınlıq gətirilir.
Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, AZTV-nin media tərəfdaşlığı ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyinə həsr olunan "Zəfər andı" adlı ədəbi-bədii gecə keçirilir.