Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalq tərəfindən ilk dəfə prezident seçildiyi 10 avqust 2014-cü ildən etibarən bu vəzifədə 12 ili geridə qoyub. Bu müddət ərzində Türkiyədə idarəetmə sistemi dəyişib, Ərdoğan isə 2018 və 2023-cü illərdə keçirilən prezident seçkilərində yenidən qalib gəlib. 2017-ci il aprelin 16-da keçirilən referendumla Türkiyədə Prezident üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusiya dəyişiklikləri təsdiqlənib. Səsvermədə seçicilərin 51,41 faizi dəyişikliklərin lehinə, 48,59 faizi isə əleyhinə səs verib. Dəyişikliklər 2017-ci il aprelin 27-də rəsmi nəticələrin dərc olunmasından sonra qüvvəyə minib.
#Qarabağ müharibəsi
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 156 nömrəli orta məktəbdə olub, məktəbin həyətində yerləşən Türk şəhid məzarını ziyarət edib və Qarabağ müharibəsində həlak olmuş məzunların xatirə lövhəsini ehtiramla yad edib. Məktəbin rəhbərliyi səfirə tədris ocağının tarixi və fəaliyyəti haqqında məlumat verib. Səfir həmçinin dərs ilinin başa çatmasına həsr olunmuş “Türk dünyasına səyahət” adlı şənlikdə iştirak edib. Tədbirdə Milli Məclisin deputatı Günay Əfəndiyeva, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndələri də iştirak edib. Şagirdlərin ifalarında türk xalqlarının mahnı və rəqsləri təqdim olunub. Səfir və qonaqlar Türk dünyasının birlik və həmrəylik idealının yaşadılmasına verdikləri töhfələrə görə müəllim və şagird heyətinə təşəkkürünü bildirib.