Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    İşə gecikmə hansı hallarda işdən çıxarılma ilə nəticələnə bilər? – Hüquqi izah

    24 Fevral 2026 10:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İşə gecikmə hansı hallarda işdən çıxarılma ilə nəticələnə bilər? – Hüquqi izah
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,VOA

    Azərbaycan qanunvericiliyində işçinin işə gecikməsi zamanı görülüən intizam tədbirləri öz əksini tapıb.

    VOA, Trend-ə istinadən xəbər verir ki, işə gecikmək qanunvericilikdə əmək və icra intizamının pozulması kimi təsbit edilib.

    Belə ki, əmək və icra intizamının möhkəmləndirilməsi üçün tədbirlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri kollektiv müqaviləyə daxil edilir.

    Vəkillər Kollegiyasının üzvü Ruslan Mustafayev məsələ ilə bağlı Trend-ə açıqlamasında deyib ki, gecikmə işəgötürənlə işçi arasında olan müvafiq qaydaların pozuntusu deməkdir. İşəgötürən işçinin gecikməsini əsaslandıraraq müəyyən tənbeh növlərindən istifadə edə bilər:

    “Bu, xəbərdarlıq, əmək haqqından tutulmalar, hətta işdən xaric edilmə də ola bilər. İşçi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün işdən çıxarıla da bilər. Əslində gecikməyə görə işdənçıxarma bu, bir neçə dəfə təkrarlandığı halda, mümkün olur. Əgər işçi gecikərək istehsalatın gedişatına təsir göstərirsə, iş fəaliyyətinin ahəngini pozursa, işəgötürən ciddi ziyanlarla üzləşirsə, bu əsaslara birinci dəfədən də işdən çıxarıla bilər”.

    R.Mustafayev bildirib ki, mövcud qanunvericilikdə işçinin konkret olaraq neçə dəfə işə gecikdiyi halda, işdən çıxaralacağına dair müddəa yoxdur:

    “Qayda ondan ibarətdir ki, işçinin bir neçə dəfə gecikməsi işəgötürənin işinə ziyan vurur. Bu hal bir dəfə gecikmə ilə də baş verə bilər. Və ya 2-3 dəfə baş verdikdən sonra da işəgötürən hesab edər ki, bu, qəsdən, dəfələrlə, təkrarən törədilir, işin gedişatına mənfi təsir göstərir, onunla yolları ayıra bilər. Gecikmə sayı ilə bağlı konkret bir tələb yoxdur”.

    Vəkil vurğulayıb ki, cərimələrin məbləği müqavilə il tənzimlənən məsələlərdir:

    “İşəgötürən əmək müqaviləsində müəyyən şərtləri irəli sürür, işçinin üzərinə müəyyən vəzifələr qoyur. Vəzifələrindən biri də o ola bilər ki, işə gecikdiyi halda, onun əmək haqqının müəyyən hissəsində - 5, 10, 25, 50 faiz, lakin ağlabatan məbləğdə - cərimə olunacaq. İşçi işə götürüldükdə həmin müqavilənin şərtləri ilə razılaşırsa, imzası ilə təsdiqləyirsə, təbii olaraq gecikdiyi, müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə, həmin müqavilədə göstərilən şərtlərə uyğun olaraq cəzalandırıla bilər”.

    Hüquqşünasın sözlərinə görə, vətəndaşın işə gecikməsinə səbəb olan faktorlar nəzərə alına bilər:

    “Hamımız nəqliyyat vasitələrindən istifadə edirik, tıxaca da düşə bilərik, qəza ola, yol bağlana bilər, hava şəraiti ilə əlaqədar və s. səbəbdən işə gecikə bilərik. İşəgötürən təbii olaraq bu halları nəzərə ala bilər. Lakin bu onun vəzifəsi deyil, nəzərə almaya da bilər. Əgər işçi məsuliyyətlidirsə, bu hal 1-2 dəfə təkrarlana bilər. Yox, əgər 4-5 dəfə, tez-tez təkrarlanırsa, bu, artıq məsuliyyətsizliyin göstəricisidir. İşəgötürən, əlbəttə ki, o işçi ilə haqlı olaraq yolları ayırmaq istəyəcək”.

    Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər

    Əmək Məcəlləsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Bu əsasla (“ç” bəndi) əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

    Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

    İşçi Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilir.

    İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

    • töhmət vermək;
    • sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
    • kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
    • əmək müqaviləsinə “ç” bəndi ilə xitam vermək.

    İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Yuxarıda göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

    İşə gecikmə ilə bağlı tədbirlər daha çox müqavilə və iş saatları ilə tənzimlənir. Müəyyən kateqoriya insanlar var ki, onlar daha az iş vaxtına cəlb olunma hüquqları var. Himayəsində azyaşlı olan qadınlar, analıq məzuniyyətində olmayıb işə çıxan hamiləlik dövründə olan qadınlar və s şəxslər qısaldılmış iş rejiminə uyğunlaşdırılırlar. Bu, rəhbərliklə razılıq əsasında həyata keçirilən prosesdir.

    işə gecikmə qanunvericilikəmək intizamının pozulmasıintizam tənbehi növləriəmək müqaviləsinə xitamƏmək Məcəlləsi ç bəndiişdən çıxarılma əsaslarıəmək haqqından tutulmakollektiv müqavilə qaydalarıişəgötürənin hüquqlarıistehsalatın ahənginin pozulması
    işe geç kalma hukukuiş disiplini ihlalidisiplin cezası türleriiş sözleşmesi feshiişten çıkarma şartlarımaaş kesintisitoplu sözleşmeişveren haklarıçalışma düzenihukuki sorumluluk
    late to work lawlabour discipline violationdisciplinary measuresemployment contract terminationgrounds for dismissalwage deduction ruleslabour code provisionsemployer rightsworkplace disciplinelegal responsibility employee
    опоздание на работунарушение трудовой дисциплиныдисциплинарное взысканиерасторжение трудового договораоснования увольненияудержание зарплатытрудовой кодексправа работодателятрудовые обязанностиответственность работника
    Verspätung am ArbeitsplatzVerstoß gegen ArbeitsdisziplinDisziplinarmaßnahmenKündigung ArbeitsvertragEntlassungsgründeLohnabzugArbeitsrechtRechte des ArbeitgebersArbeitsverpflichtungrechtliche Verantwortung
    retard au travailviolation discipline travailmesures disciplinairesrésiliation contrat travailmotifs licenciementretenue salarialecode du travaildroits employeurdiscipline professionnelleresponsabilité salarié
    llegar tarde al trabajoviolación disciplina laboralmedidas disciplinariasterminación contrato laboralcausas despidodescuento salarialcódigo laboralderechos empleadorobligaciones laboralesresponsabilidad trabajador
    التأخر عن العملمخالفة الانضباط الوظيفيإجراءات تأديبيةفسخ عقد العملأسباب الفصلخصم من الراتبقانون العملحقوق صاحب العملواجبات الموظفالمسؤولية القانونية
    تاخیر در محل کارنقض انضباط کاریاقدامات انضباطیفسخ قرارداد کاردلایل اخراجکسر حقوققانون کارحقوق کارفرماتعهدات کاریمسئولیت قانونی

    #Əmək Məcəlləsi #işə gecikmə #əmək intizamı #intizam tənbehi #əmək müqaviləsinə xitam #Əmək Məcəlləsində gecikmə ilə bağlı qaydalar #əmək müqaviləsinə xitam hansı hallarda verilir #intizam tənbehi növləri hansılardır
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    30 Avqust 2026 21:00

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    30 Avqust 2026 18:05

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    30 Avqust 2026 15:00

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    30 Avqust 2026 14:46

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb

    29 Avqust 2026 12:54

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    Şəhrizad, cinlər padşahı və 3 qəhrəman: "1001 Threads of Mizan" PC və konsollara gəlir

    28 Avqust 2026 07:46

    Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır

    27 Avqust 2026 20:27

    Əmək Məcəlləsinə “iş yerində psixoloji təzyiq (mobbing)”lə bağlı yeni maddə təklif edilir

    27 Fevral 2026 09:37

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib

    10 Dekabr 2025 20:28

    30 dekabr iş günü necə olacaq – Rəsmi açıqlama

    27 Dekabr 2023 18:16
    XƏBƏR LENTİ

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.