Azərbaycanda iş yerində psixoloji təzyiq halları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi gündəmə gətirilib. Məruzəyə əsasən, Əmək Məcəlləsinə “İş yerində psixoloji təzyiq (mobbing)” adlı yeni maddənin əlavə edilməsi və bu sahədə hüquq münasibətlərinin ayrıca maddədə ümumiləşdirilməsi təklif olunur.
#Əmək Məcəlləsi
Əmək Məcəlləsinə əssən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Bu əsasla (“ç” bəndi) əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
Dekabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev iclasda iki məsələnin müzakirəyə çıxarıldığını deyib və həmin sənədləri təqdim edib.