Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib

    10 Dekabr 2025 20:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Dekabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev iclasda iki məsələnin müzakirəyə çıxarıldığını deyib və həmin sənədləri təqdim edib.

    AzerVoice xəbər verir ki, əvvəlcə Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxaran Musa Quliyev bildirib ki, sənəddə 457 dəyişiklik təklif olunub və bu dəyişikliklər təkcə sayına görə deyil, həm də sanbalına görə böyük dəyişikliklərdir.

    Komitə sədri bildirib ki, ölkəmizdə işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda elektron hökumət qurulması istiqamətində böyük iş gedir, texnologiyaların, xüsusilə süni intellektin tətbiqinin əmək münasibətlərinə təsiri daha da genişlənir. Bu səbəbdən təklif olunan layihədə də əmək qanunvericiliyinin müasir çağırışlara uyğunlaşdırılması, beynəlxalq əmək normalarını nəzərə almaqla təkmilləşdirilməsi, elektron sistemlərlə bağlı yeni qaydaların müəyyənləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə bir sıra dəyişikliklər təklif olunub. Komitə sədri təklif olunan dəyişikliklərdə əmək münasibətlərinin təkmilləşdirilməsi, çevik və sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqi, müasir iş şəraitinə uyğun yeni anlayışların qanunvericiliyə daxil edilməsi, Beynəlxalq Əmək Təşkilatının normaları əsasında milli qanunvericiliyin yenilənməsi ilə bağlı müddəalar haqqında fikirlərini bölüşüb.

    Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihədə nəzərdə tutulan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib. O bildirib ki, layihə 18 qanunun 178 maddəsinə dair dəyişikliyi ehtiva edir. Dəyişikliklərin böyük qismi Əmək Məcəlləsinə aiddir. Digər qanunlara təklif olunan dəyişikliklər isə Əmək Məcəlləsindəki təklif olunan dəyişikliklərdən irəli gəlir.

    Bildirilib ki, qanunvericiliyə daxil edilən “ailə vəzifələri olan işçi”, “məsafədən (distant) iş” kimi yeni anlayışlar əmək münasibətlərinin çevik və sosialyönümlü şəkildə tənzimlənməsinə xidmət edir. Layihədəki digər dəyişikliklər BƏT-in konvensiyalarının müddəalarının milli qanunvericilikdə təsbiti, həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğunlaşdırma xarakterlidir. Bundan başqa işəgötürənin fəaliyyətinin dayandırılması ilə bağlı əmək müqaviləsinə xitam prosedurları dəqiqləşdirilir, həqiqi hərbi xidmətə çağırılan işçilərə ödənilən müavinət məbləği qanunvericiliklə uyğunlaşdırılır. Həmçinin məzuniyyətlə bağlı ödəniş qaydaları dəqiqləşdirilir, məzuniyyət hüququ genişləndirilir, əməyin mühafizəsi sahəsində yeni tələblər müəyyən edilir. Vurğulanıb ki, ümumilikdə dəyişikliklər əmək münasibətlərinin daha aydın, səmərəli və sosialyönümlü şəkildə tənzimlənməsini hədəfləyir.

    Layihə ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxış edərək bildirib ki, dəyişikliklər əmək münasibətlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması, beynəlxalq əmək standartlarının tələblərinin təmin edilməsi və praktikada üzə çıxan boşluqların aradan qaldırılması zərurətindən irəli gəlir. O qeyd edib ki, layihə aidiyyəti dövlət qurumları və sosial tərəfdaşlarla geniş müzakirə olunub, daxil olan təkliflər nəzərə alınmaqla təkmilləşdirilib.

    Nazir müavini dəyişikliklərin əsas nəticələri barədə danışaraq qeyd edib ki, layihə Azərbaycanın ratifikasiya etdiyi BƏT konvensiyalarının tələblərinin milli qanunvericilikdə daha sistemli və aydın əks olunmasına şərait yaradacaq. Həmçinin sənəddə distant iş anlayışının hüquqi əsası daha aydın şəkildə müəyyənləşdirilib. Nazir müavini vurğulayıb ki, layihədə sosial həssas qrupların, xüsusilə ailə öhdəlikləri olan işçilərin əmək münasibətlərində müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir.

    Rəşad Mustafayev qeyd edib ki, layihədə nəzərdə tutulan digər mühüm dəyişiklik 46 təqvim günündən az olmayan məzuniyyət hüququnun daha geniş sosial müdafiə qruplarına şamil olunması ilə bağlıdır. Sənəddə işçinin işdən kənarlaşdırılması ilə bağlı təklif olunan dəyişikliklər isə əməyin mühafizəsinin, işçilərin təhlükəsizliyinin, həm də iş prosesinin effektivliyinin artırılmasına xidmət edir.

    Nazir müavini sonda vurğulayıb ki, dəyişikliklər yalnız hüquqi yenilənmə deyil, həm də əmək bazarında daha sağlam tarazlıq, daha güclü sosial müdafiə və daha ədalətli əmək münasibətləri deməkdir.

    Layihənin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, komitə üzvləri Nigar Məmmədova, Jalə Əliyeva, Vüqar Bayramov, Sevinc Hüseynova, Əziz Ələkbərov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək təklif olunan dəyişiklikləri mütərəqqi dəyişikliklər kimi dəyərləndiriblər, həm beynəlxalq standartlara uyğunlaşma, həm də sosial ədalətin təminatı baxımından vacib addım kimi qiymətləndiriblər.

    Onlar əmək qanunvericiliyinə müasir əmək münasibətlərinə uyğun, sosialyönümlü və ədalətə əsaslanan yeni anlayışların, qaydaların gətirilməsini təqdir ediblər, əlilliyi olan şəxslərin, digər sosial həssas qruplardan olan işçilərin əmək hüquqlarının möhkəmlənməsi, əmək təhlükəsizliyinin təmini kimi məsələlər dair bəzi qeydlərini və suallarını səsləndirlnblər.

    İclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev. AHİK-in sədri Sahib Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fuad Heydərov deputatların qaldırdıqları məsələlər aydınlıq gətirəndən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

    Sonra iclasda dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha təkmil tənzimlənməsini nəzərdə tutan Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda baxılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

    İclasda deputat Bədəl Bədəlov, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib
    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib
    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib
    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib
    #Əmək Məcəlləsi #Musa Quliyev #Vergi Məcəlləsi #Rəşad Mustafayev #Cinayət Məcəlləsi #Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası #Milli Məclisin Əmək və sosial siyasət komitəsi #Cəzaların İcrası Məcəlləsi #Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev #Dövlət qulluğu haqqında qanun #Sosial sığorta haqqında qanun #Bədəl Bədəlov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

    10 İyul 2026 18:55

    Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri barədə qaydalar təsdiqlənib

    25 İyun 2026 18:59

    Əmək Məcəlləsinə “iş yerində psixoloji təzyiq (mobbing)”lə bağlı yeni maddə təklif edilir

    27 Fevral 2026 09:37

    İşə gecikmə hansı hallarda işdən çıxarılma ilə nəticələnə bilər? – Hüquqi izah

    24 Fevral 2026 10:37

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    14 Fevral 2026 14:25

    Nazir müavinləri Biləsuvar və Astara rayonlarında vətəndaşları qəbul edəcəklər

    4 Fevral 2026 10:44

    Qlobal Əmək Bazarı Konfransında ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramlarına dair məlumat verilib

    28 Yanvar 2026 15:32

    Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb

    1 Yanvar 2026 11:05

    Mediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminar keçirilir

    18 Dekabr 2025 11:22

    Veteran və qazilərin məzuniyyət müddəti artırılır

    10 Dekabr 2025 12:39

    Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib

    28 Noyabr 2025 19:00

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    24 Noyabr 2025 20:18
    XƏBƏR LENTİ

    İsrail İranla sülh danışıqlarını pozmağa çalışır - Vens

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    İstanbulda xəstəxana təmir olunacaq

    İranın çoxsaylı hava hücumlarının qarşısı alınıb - Bəhreyn ordusu

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    “AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumlarına qarşı xəbərdar edib

    Antalya Hava Limanında sərnişin axını 13 milyonu ötüb (ÖZƏL)

    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

    Türkiyənin Ankara Esenboğa Hava Limanında sərnişin axını 7 faiz artıb (ÖZƏL)

    İranda saxlanılan ABŞ vətəndaşı azad edilib - Donald Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.