Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb

    24 Dekabr 2025 13:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

    AzerVoice xəbər verir ki, müsabiqə çərçivəsində “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələr dəyərləndirilib.

    Mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova qeyd edib ki, media sahəsində çağdaş tələblərə cavab verən kadrların hazırlanması olduqca vacibdir. O qeyd edib ki, “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media – Bakı” məzmun müsabiqəsi bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biridir.

    “AzerGold” QSC-nin müşaviri Leyla Sadıxova çıxışında müsabiqənin keçirilməsində əsas məqsədin media savadlılığının təşviqi, dezinformasiya ilə mübarizədə yeni yanaşmaların formalaşdırılması, eyni zamanda gənclər üçün peşəkarlaşma və ixtisaslaşma imkanlarının genişləndirilməsi olduğunu bildirib. O, müsabiqə mövzuları arasında dağ-mədən sənayesinə dair yazıların “AzerGold” üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Gənclərin bu sahənin mahiyyətini düzgün anlayaraq, analitik və peşəkar şəkildə təqdim etdiyi məqalələri yüksək qiymətləndirib.

    Tədbir çərçivəsində, həmçinin Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva tərəfindən “Müasir yazı texnikaları və jurnalistika prinsiplərinin qorunması” mövzusunda təlim keçirilib.

    Sonda müsabiqənin qalibləri mükafatlandırılıb və sertifikatlarla təltif olunub.

    #Azərbaycan #Süni intellekt #Medianın İnkişafı Agentliyi #AzerGold #media savadlılığı #süni intellekt və etika #AzerGold MEDİA Savadlılığı #Kreativ Media Bakı müsabiqəsi #Medianın İnkişafı Agentliyi layihələri #Azərbaycanda media savadlılığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    31 Avqust 2026 21:13

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    31 Avqust 2026 12:27

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır

    27 Avqust 2026 20:27
    XƏBƏR LENTİ

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.