Bildirilib ki, bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib.
#Medianın İnkişafı Agentliyi
Fransanın bəzi media qurumları Azərbaycana qarşı birtərəfli və yönləndirici məlumatlar yayır. Bu materiallar Azərbaycanın beynəlxalq imicini korlamağı hədəfləyir. Medianın İnkişafı Agentliyi bu cür fəaliyyətləri qəti şəkildə pisləyib. Məhkəmə prosesi ətrafında teatral effektlər və ajiotaj manipulyasiya kimi qiymətləndirilir. “Revue21”, TV5 Monde, Le Figaro və Le Monde kimi qurumlar qərəzli və sifarişli fəaliyyət göstərirlər. Bu media subyektləri beynəlxalq jurnalistika standartlarını pozur. Cinayətkarın milli mənsubiyyətini qabartmaq hüququn aliliyinə uyğun deyil. Qarayaxma kampaniyası media peşəkarlığı ilə uyğun gəlmir və qəti şəkildə pislənir.
Medianın İnkişafı Agentliyi tərəfindən təşkil edilən qanun layihəsinin ictimai müzakirəsində əsas məqsəd uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması və onların psixoloji, mənəvi inkişafının qorunması olub. Layihə çərçivəsində fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi qadağan edilir və yetkinlik yaşına çatmayan şəxslərin müraciəti ilə sosial şəbəkələrdə paylaşılan məlumatlar tamamilə silinə bilər. Qanun həmçinin internet provayderləri və rəqəmsal platformaların uşaqların mənəvi formalaşmasında sosial və hüquqi məsuliyyət daşımalarını təmin edir. Tədbirdə iştirak edən ekspertlər və dövlət nümayəndələri layihənin rəqəmsal təhlükəsizliyi artırmaq, etik normaları gücləndirmək və gələcək nəsilləri qorumaq məqsədi daşıdığını vurğulayıblar.
Erkən yaşda sosial şəbəkələrdən istifadə yetkinlik yaşına çatmayan şəxslərdə bullinq, rəqəmsal asılılıq, psixoloji travmalar və transmilli xarakterli təsirlərə məruz qalma riskini kəskin şəkildə artırır. İcraçı direktor bikdirib ki, Azərbaycan dövləti tərəfindən uzun illərdir uğurla həyata keçirilən güclü ailə və uşaq siyasətinin, eləcə də milli-mənəvi dəyərlərin qorunması strategiyasının hüquqi mexanizmlərlə rəqəmsal mühitə də inteqrasiya olunması artıq subyektiv istək deyil, obyektiv və qaçılmaz bir zərurətdir:
Azərbaycan ərazisinin İsrailin İranla müharibə zamanı istifadə olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
İyunun 5-də CNN özünün uydurduğu “mənbələrə” istinad edərək İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaların yer aldığı material yayımlayıb. Bildirilib ki, dünyanın tanınmış transmilli media şirkətinin heç bir fakta istinad etmədən açıq-aşkar feyk məlumat tirajlaması məqsədli şəkildə həyata keçirilmiş kobud informasiya manipulyasiyasıdır.
Mətbuatda Baş Prokurorluğunun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və yanlış məlumatlara əsaslanmayıb. Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada bildirilib. "Dövlət orqanlarının nüfuzuna xələl gətirilməsi ilə nəticələnən qanunvericiliklə qadağan olunmuş bu kimi məlumatların mediada yayılmasını yolverilməz hesab edirik.
14 aprel tarixində Medianın İnkişafı Agentliyində Monqolustandan olan media nümayəndələri ilə görüş keçirilib. Bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb. Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Agentliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və qarşıya qoyulan prioritetlər barədə məlumat verib. O, jurnalistlərin peşəkar inkişafının dəstəklənməsi, media savadlılığının artırılması və müasir çağırışlara uyğun media mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır.
Aprelin 7-də Trend İnformasiya Agentliyinin baş ofisində Qazaxıstan Respublikasından olan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Trend BİA-nin direktoru İlqar Hüseynov və Trend BİA-nin direktor müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Sevil Mikayılova iştirak ediblər. Qazaxıstan tərəfini ölkənin mədəniyyət və informasiya üzrə vitse-naziri Rüstəm Əli, Beynəlxalq İnformasiya Komitəsinin sədri Erlan Jetibayev, həmçinin Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin attaşesi Temirlan Baxıtjan təmsil ediblər.
Martın 30-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Medianın İnkişafı Agentliyinin nümayəndələri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər.
"Stratcom Summit 26" çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.