1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də geniş imkanlar ortaya çıxdı. Aparılan köklü islahatlar nəticəsində senzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Eyni zamanda, redaksiyaların davamlı inkişafı və iqtisadi müstəqilliyinin artırılması, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
#media savadlılığı
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Müsabiqə çərçivəsində “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələr dəyərləndirilib.