Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Bir nəfərin belə doğru yola gəlməsinə səbəb olmaq

    20 Noyabr 2025 17:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bir nəfərin belə doğru yola gəlməsinə səbəb olmaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün.

    Salam aleykum əziz və dəyərli insanlar. Allah məni də, sizi də, mənim əhlimi, sizin əhlinizi də iki dünyada məsud eləsin.

    Bir nəfərin belə doğru yola gəlməsinə səbəb olmaq

    Bu çox gözəl bir nemətdir. Rəsulullah Əli kərrəmallaha bir nəfərin sənin vasitən ilə doğru yola gəlməsi üzərinə günəş doğan hər şeydən xeyirlidir demişdi. Rəvayətin başqa variantı da vardır. Amma önəmli olan doğru yol anlayışıdır. Nədir bu doğru yol?

    Sənə haradan gəldiyini izah edir. Və deyir:

    Bəqərə surəsi, 28-ci ayə

    ﴿كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتًا فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ﴾

    “Allahı necə inkar edirsiniz? Halbuki siz ölü idiniz, O sizi diriltdi; sonra sizi öldürəcək, sonra yenidən dirildəcək, sonra da Ona qaytarılacaqsınız.”

    Sonra dünya və axirət arasında necə düzgün tarazlıq saxlamaq lazımdır onu sənə öyrədir və deyir :

    Qasas surəsi, 77-ci ayə:

    ﴿وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَأَحْسِنْ كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُفْسِدِينَ

    “Allahın sənə verdiyi nemətlərlə Axirət yurdunu qazanmağa çalış, dünyadan olan nəsibini də unutma. Allahın sənə yaxşılıq etdiyi kimi sən də (insanlara) yaxşılıq et. Yer üzündə fəsad (fitnə və pozğunluq) törətmə. Şübhəsiz ki, Allah fəsad törədənləri sevməz.”

    Bəli, ilk öncə axirəti qazanmağa çalış, sonra isə təbii ki, dolanmalısan, yaşamalısan dünyadan nəsibini unutma. Amma bu zaman da axirət öndə olsun. Oğurlama, haram yemə, yetimin malına göz dikmə, hiylə eləmə. Axı Allah sənə ihsan elədi. Verdi və verdiyində səxavətli davrandı. Elə isə sən də ihsan elə. İnsanı bol olan Allahdan bol istəyirsənsə dayanma və axirətə yatırım elə. Onu da edərkən qəti şəkildə aşağıda olan düsturu unutma:

    Bəqərə 2:264

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُم بِالْمَنِّ وَالْأَذَىٰ كَالَّذِي يُنفِقُ مَالَهُ رِ‌ئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّـهِ وَالْيَوْمِ الْآخِرِ‌ ۚ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَ‌ابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَ‌كَهُ صَلْدًا ۖ لَا يَقْدِرُ‌ونَ عَلَىٰ شَيْءٍ مِّمَّا كَسَبُوا ۗ وَاللَّـهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِ‌ينَ﴾

    “Ey iman gətirənlər! Sədəqələrinizi minnət və əziyyətlə puç etməyin; malını yalnız insanlara göstərmək üçün verən və Allaha və Axirət gününə inanmayan kimsə kimi olmayın. Onun misalı üstündə toz olan hamar bir qaya kimidir; üstünə güclü yağış yağdıqda onu çılpaq vəziyyətə salır. Onlar qazandıqlarından heç bir şeyə sahib ola bilməzlər. Allah kafir qövmə hidayət verməz.”

    Bu düstur ilə yaşayan insan artıq doğru yolu tapmışdır.

    Sonra isə qismət etsə Uca Allah üçlü formul haqqında yazacam:

    İbadət, Təqva və İtaət

    #İman və duyğu əlaqəsi #İslamda doğru yol #Bəqərə 28 ayəsi #Qasas 77 ayəsi #Sədəqə və minnət qoymaq #İbadət #təqva və itaət #Axirət və dünya tarazlığı #Peyğəmbər (s) hədisləri #Allaha güvən və iman #Dini maarifləndirmə #İslam əxlaqı və davranış #Halal qazanc və haram qadağası #Yetim haqqı və ədalət #İslamda fəsad qadağası #Dini motivasiya və tərbiyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    22 İyul 2026 10:54

    Elə bil dünən idi…

    22 İyul 2026 09:33

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

    21 İyul 2026 18:32

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    20 İyul 2026 22:21

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Direktivin əsas məqsədi nədir?

    20 İyul 2026 11:21

    Çağırışdan ibadətə gedən mənəvi yol - Dua nədir?

    10 May 2026 12:45

    Dövlət Komitəsinin sədri İmişlidə məscidləri ziyarət edib

    2 Dekabr 2025 17:19

    Ramin Məmmədov Sabirabadda məscidləri ziyarət edib, din xadimləri ilə görüş keçirib

    21 Noyabr 2025 13:54

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15
    XƏBƏR LENTİ

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.