Bu çox gözəl bir nemətdir. Rəsulullah Əli kərrəmallaha bir nəfərin sənin vasitən ilə doğru yola gəlməsi üzərinə günəş doğan hər şeydən xeyirlidir demişdi. Rəvayətin başqa variantı da vardır. Amma önəmli olan doğru yol anlayışıdır. Nədir bu doğru yol? Sənə haradan gəldiyini izah edir. Və deyir:
#İman və duyğu əlaqəsi
Salam vermək peyğəmbərimizin təşviq etdiyi gözəl bir əməldir. Salam təbii ki, duadır. Qarşında olan insana salamat olasan deməkdir. Bu həm də islam mədəniyyətinin tərkib hissəsidir. Rəsulullahın yemək yezdirin, salamı yayın və gecə insanlar yatarkən siz oyaq olun, yəni, Uca Allaha ibadət edin, hədisi hamıya məlumdur. Salam həm də qəlbləri birləşdirir. Münasibətlərə duyğu qatır. Son zamanlar, dindar insanlarda da duyğu azalıb.