Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycanın Çindəki səfirliyində Xocalı şəhidlərinin xatirəsi yad edilib

    26 Fevral 2025 09:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanın Çindəki səfirliyində Xocalı şəhidlərinin xatirəsi yad edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

    AzerVoice xəbər verir ki, Xocalı soyqırımının 33-ci ildönümü ilə əlaqədar 26 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində anım tədbiri keçirilib.

    Tədbirdə Çində akkreditə olunan diplomatik nümayəndəliklər ilə yanaşı, elmi və ictimai dairələrin nümayəndələri, həmçinin Pekində yaşayan vətəndaşlarımız iştirak edib. İlk öncə şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Səfirliyin həyətindəki Xarı bülbül barelyefinin önünə əklil qoyulub, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov çıxışında Xocalıda törədilmiş qətliam barədə ətraflı məlumat verərək Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini işğalı zamanı törətdikləri vəhşiliklərdən danışıb. Səfir bildirib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə erməni millətçi-şovinistlərinin etnik təmizləmə və soyqırım siyasətinə məruz qalıb. Xocalı soyqırımı bu aqressiv və etnik nifrət üzərində qurulmuş erməni siyasətinin nəticəsidir. Xocalı qətliamı eyni zamanda Azərbaycanın müstəqillik mübarizəsinin bir parçasıdır. Xocalı faciəsi bizə tariximizi unutmamağı, ədalət uğrunda mübarizə aparmağı öyrədir. Son illər Xocalı faciəsini fərqli hislərlə yad edirik.

    Bu gün Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti və xalqımızın vəhdəti nəticəsində torpaqlarımız işğaldan azad olunub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Qaçqın köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunub. Xocalıda qətlə yetirilmiş günahsız insanların xatirəsi 2024-cü il fevralın 26-da ilk dəfə Xocalı şəhərində anılıb. İşğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən aparılan yenidənqurma işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyat bərpa olunur. Bu işlər çərçivəsində Xocalı torpağı bütün dünyanın gözü önündə cənnətə çevrilir. Şəhərdə yaşayış kompleksləri inşa edilir, parklar salınır, lazımi infrastruktur yaradılır. Ermənistanın işğalından azad edilmiş bölgələrdə ailələrin yerləşdirilməsi üzrə “Böyük Qayıdış” proqramının icrasına başlanılıb.

    Tədbir çərçivəsində Xocalı faciəsi barədə dünya mətbuatında çap olunan məlumatların foto sərgisi, həmçinin özündə soyqırımın şahidlərinin müsahibələrini və işğaldan azad olunmuş Xocalı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət bayrağının qaldırılması və şəhərdə aparılan quruculuq işlərini əks etdirən video çarx nümayiş olunub.

    Azərbaycanın Çindəki səfirliyində Xocalı şəhidlərinin xatirəsi yad edilib
    Azərbaycanın Çindəki səfirliyində Xocalı şəhidlərinin xatirəsi yad edilib
    Azərbaycanın Çindəki səfirliyində Xocalı şəhidlərinin xatirəsi yad edilib
    Azərbaycanın Çindəki səfirliyində Xocalı şəhidlərinin xatirəsi yad edilib
    Azərbaycanın Çindəki səfirliyində Xocalı şəhidlərinin xatirəsi yad edilib
    Azərbaycanın Çindəki səfirliyində Xocalı şəhidlərinin xatirəsi yad edilib
    Azərbaycanın Çindəki səfirliyində Xocalı şəhidlərinin xatirəsi yad edilib
    #Azərbaycan #Ermənistan #Çin #Xocalı faciəsi #Xocalı soyqırımı #Azərbaycanın Çindəki səfirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Qətər İrəvandan ilk turizm çarter reysini qəbul edib

    29 Avqust 2026 13:05

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Tibetdə 5 bal gücündə zəlzələ baş verib

    27 Avqust 2026 21:13

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51
    XƏBƏR LENTİ

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.