Baş xəbər

Əlcəzairin qərbində, xüsusilə Oran (Vəhran) şəhərində yaranan Rai (Raï) musiqisi, sadəcə bir musiqi janrı deyil, eyni zamanda Şimali Afrikanın sosial, siyasi və mədəni tarixini özündə əks etdirən güclü bir fəlsəfə və cəmiyyətin güzgüsüdür. Ərəb dilində “rəy“, “fikir” və ya “baxış bucağı” mənasını verən “Rai”, onilliklər ərzində yoxsulların, gənclərin və cəmiyyətin basqı altında qalan təbəqəsinin öz səsini dünyaya çatdırdığı əsas tribunaya çevrilmişdir.

ABŞ və Səudiyyə Ərəbistanı dinc məqsədlərlə nüvə enerjisindən istifadə sahəsində əməkdaşlığa dair saziş imzalayıblar. Saziş iki ölkə arasında enerji və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin yaydığı məlumata görə, ABŞ-ın digər dövlətlərlə nüvə əməkdaşlığı həyata keçirməsi üçün tələb olunan "123 sazişi" çərçivəsində sənədi Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman və ABŞ-ın energetika naziri Kris Rayt imzalayıblar. Eyni zamanda tərəflər arasında ikitərəfli nüvə təminatları haqqında saziş də rəsmiləşdirilib.

Dünyanın aparıcı elm mərkəzlərindən biri hesab olunan ABŞ son illərdə elmi liderliyinin gələcəyi ilə bağlı artan suallarla üzləşib. Nobel mükafatçısı, kimya üzrə alim Ömər Yaginin ABŞ-dakı vəzifəsini tərk edərək Çinin paytaxtı Pekində yerləşən Tsinghua Universitetinə keçməsi qlobal elmi rəqabətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

XX əsrin böyük hissəsində Avropa və Şimali Amerikanın bəzi ölkələrində həyata keçirilən məcburi sterilizasiya proqramları insan hüquqları tarixinin ən mübahisəli səhifələrindən biri hesab olunur. “Yevgenika” (eugenics – insan nəslinin seçmə yolu ilə “təkmilləşdirilməsi” ideyası) adı ilə aparılan bu siyasətlər minlərlə insanın, xüsusilə qadınların və gənc qızların reproduktiv hüquqlarının dövlət qərarları ilə məhdudlaşdırılmasına səbəb olub.

Filippin və Çin xarici işlər nazirləri Manilada Cənubi Çin dənizində baş vermiş son insidenti müzakirə ediblər. Tərəflər görüş zamanı qarşılıqlı etiraz notaları təqdim ediblər. Filippin Çin Sahil Mühafizəsini öz hərbçisinə hücum etməkdə ittiham edib. Çin isə Filippin gəmilərinin ilk olaraq toqquşmaya səbəb olduğunu iddia edib. Van İ iki ölkə münasibətlərinin kritik mərhələdə olduğunu bildirib. O, Manilanı daha rasional siyasət yürütməyə çağırıb və bəzi filippinli rəsmiləri xarici qüvvələrin təsiri altında təxribat törətməkdə günahlandırıb. Cənubi Çin dənizi ətrafındakı gərginlik regionun əsas təhlükəsizlik problemlərindən biri olaraq qalır.

Azərbaycan və Slovakiya hökumətləri məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsinə dair saziş imzalayıblar. Sənəd Slovakiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin Azərbaycana səfəri çərçivəsində imzalanıb. Nümayəndə heyəti DTX rəisi Əli Nağıyevlə görüş keçirib. Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran aktual məsələlər də nəzərdən keçirilib. İmzalanan saziş məxfi məlumatların qorunması üzrə hüquqi əsasları möhkəmləndirəcək. Sənəd iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının genişlənməsinə xidmət edəcək.

Avropa İttifaqının “Aspides” dəniz missiyası ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə Qırmızı dənizdən keçməməyi tövsiyə edib. Xəbərdarlıqda bu gəmilərin husilərin hücumuna məruz qalmaq təhlükəsinin daha yüksək olduğu bildirilib. Tövsiyənin Ədən körfəzindən keçən ticarət gəmilərinə də aid olduğu qeyd edilib. Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasına başladıqlarını açıqlayıblar. Qruplaşma bu addımı Yəmənə qarşı tətbiq olunduğu iddia edilən mühasirəyə cavab kimi təqdim edib. Xəbərdarlıqlardan sonra bir neçə neft daşıyan gəmi istiqamətini dəyişib. Səudiyyə Ərəbistanı husilərin qərarını pisləyərək gəmilərini qoruyacağını bəyan edib. Bölgədəki gərginliyin dünya ticarətinə və enerji daşımalarına mənfi təsir göstərə biləcəyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Səudiyyə Ərəbistanına mülki nüvə proqramının inkişafına imkan verəcək genişmiqyaslı nüvə əməkdaşlığı sazişini təsdiqlədiyi iddia olunur. ABŞ-ın “The Wall Street Journal” (WSJ) qəzetinin adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp Səudiyyə Ərəbistanı ilə nəzərdə tutulan nüvə razılaşmasına razılıq verib.

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə İran kapitallı 256 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 147 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran kapitallı şirkətlərin ümumi kapitalı 503 milyon 761 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 173 milyon 660 min türk lirəsi olub.

Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) şirkətinin baş direktoru Mehmet Demiroğlu şirkətin davam edən və gələcək aviasiya layihələri ilə bağlı yeni açıqlamalar verib. Demiroğlu Böyük Britaniyada keçirilən Farnborough Beynəlxalq Aviasiya Sərgisi çərçivəsində təşkil olunan mətbuat konfransında HÜRKUŞ təlim təyyarəsi, HÜRJET döyüş təlim platforması, KAAN milli qırıcı təyyarəsi və T70 helikopter proqramının son vəziyyəti barədə məlumat verib.