Azərbaycan və Rusiya iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər. Ceyhun Bayramov Ruslan Edelgeriyevlə keçirilən görüşdə COP-29 Sədrliyi dövründə əldə olunan nəticələr barədə məlumat verib. Görüşdə COP-31 çərçivəsində Avstraliya və Türkiyə ilə əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Tərəflər Xəzər dənizi üzrə ikitərəfli İşçi Qrupunun fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Xəzərin su ehtiyatlarının və ekosisteminin qorunması, eləcə də innovativ texnologiyaların tətbiqi müzakirə olunub. Görüşdə regional və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Azərbaycan və Rusiya iqlim sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Baş xəbər
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PauerÇayna Risorsis" şirkətinin prezidenti Yanq Tyanfu ilə görüş keçirib. Görüşdə Azərbaycanın investisiya mühiti və enerji ixracı imkanları təqdim olunub. Tərəflər yaşıl enerji sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər. Günəş və külək elektrik stansiyalarının tikintisi üzrə layihələrə xüsusi diqqət yetirilib. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni imkanlar da nəzərdən keçirilib. Enerji, mineral ehtiyatlar və su resurslarının səmərəli idarə olunması sahəsində əməkdaşlıq perspektivləri qiymətləndirilib. Görüşdə gələcək birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Deyr əz-Zor, Rakka və Həsəkəni əhatə edən Suriya Əl-Cəzirə bölgəsi 2026-cı ildə təşkilatın imkanlarının sınaqdan keçirildiyi əsas meydan hesab olunur. Yanvarın sonunda ABŞ qüvvələrinin yenidən mövqe dəyişməsindən və tamamilə geri çəkilməsindən, ondan əvvəl isə “SDQ” qüvvələrinin digər ərazilərə çəkilməsindən sonra Dəməşqin Fəratın şərqinə nəzarəti ələ alması təşkilatın öz xeyrinə istifadə etməyə çalışdığı yeni təhlükəsizlik reallığı yaradıb.
Türkiyədə kommersiya daşınmaz əmlak bazarında aktivlik 2026-cı ilin iyun ayında artıb. Türkiyə Statistika Qurumu (TÜİK) məlumatlarına əsasən, iyun ayında ölkə üzrə 16 min 565 iş yeri satılıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 19,2 faiz artım göstərib. Məlumata görə, iyun ayında satılan iş yerlərinin 5 min 126-sı ilk satış, 11 min 439-u isə ikinci əl satış kateqoriyasına aid olub. İlk satışlar illik müqayisədə 30,8 faiz, ikinci əl iş yerlərinin satışı isə 14,6 faiz artıb.
Böyük ölçülü tam ötürücülü (4x4) krossover və SUV seqmentində kartlar yenidən paylanılır. "Toyota" şirkətinin ABŞ bazarından klassik "Land Cruiser 200" modelini çıxarmasından və yerinə daha kiçik ölçülü "Prado" (Land Cruiser 250) platformasını təqdim etməsindən sonra yaranan boşluğu "Nissan" doldurmağa iddialıdır. Üçüncü nəslinə qədəm qoyan yeni 2026-cı il Nissan Armada Pro-4X, tətbiq edilən off-road texnologiyaları və ramlı gövdə strukturu ilə ABŞ-da "həqiqi Land Cruiser" ruhunu yaşadan ən yaxın alternativ kimi qiymətləndirilir.
Türkiyədə 2026-cı ilin iyun ayında daşınmaz əmlak bazarında aktivlik artıb. Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən açıqlanan məlumatlara görə, ay ərzində ölkə üzrə 129 min 979 mənzil satışı həyata keçirilib. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 15,8 faiz artım deməkdir. Məlumata əsasən, iyunda satılan mənzillərin 43 min 406-sı yeni tikililər, 86 min 573-ü isə ikinci əl mənzillər olub. Yeni mənzil satışları illik müqayisədə 23,1 faiz, ikinci əl mənzil satışları isə 12,5 faiz artıb. Ümumi satışlarda yeni mənzillərin payı 33,4 faiz, ikinci əl mənzillərin payı isə 66,6 faiz təşkil edib.
Türklər kökləri qədimlərə dayanan, fərqli zamanlarda çoxsaylı dövlətlər quran böyük bir xalqdır. Müasir İraq ərazisində yaşamış Şumer tayfalarının tarixini araşdıran tədqiqatçılar nəhayət Şumer tayfalarının türkmənşəli olduğunu etiraf etmişdilər. Zikkuratlar,müxtəlif mədəniyyət abidələri, şəhər dövlətlər daş kitabələr, Gilqameş dastanı kimi mədəniyyət nümunələri türklərin necə bir mədəniyyətə malik olduqlarını göstərir. Şəhər mədəniyyəti kimi oturaq həyat tərzi ilə yanaşı Bozqır deyə adlandırılan Mərkəzi Asiyadaki köçəri həyat tərzi də türk tarixinin bir parçasıdır.
Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi meşəsalma işlərini yay aylarında yüksələn temperaturlara qarşı əsas təbii həll yolu kimi dəyərləndirib. Nazirlik ağacların şəhər ərazilərini sərinlətməyə, havanın keyfiyyətini yaxşılaşdırmağa və həyat səviyyəsini yüksəltməyə kömək etdiyini bildirib.
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Səudiyyə Ərəbistanı kapitallı 19 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 şirkət azdır. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Səudiyyə Ərəbistanı kapitallı şirkətlərin ümumi kapitalı 311 milyon 440 min 858 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 72 milyon 310 min türk lirəsi olub.
Ərəb cazı – ənənəvi ərəb musiqi sisteminin (məqamların), rübalı (mikrotonal) səs strukturlarının və ud, qanun, ney kimi milli alətlərin Qərb cazının harmoniya, improvizasiya və ritm strukturları ilə birləşməsindən yaranan unikal musiqi janrdır. ArabAZ xəbər verir ki, bu sintez sadəcə iki fərqli mədəniyyətin musiqisini üst-üstə qoymaq deyil, Şərqin fəlsəfi-meditativ musiqi kökləri ilə Qərbin azad improvizasiya ruhunun dərin harmoniyasıdır.
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Suriya kapitallı 2836 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2816 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Suriya kapitallı şirkətlərin ümumi kapitalı 2 milyard 695 milyon 645 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 19 milyon 550 min türk lirəsi olub.
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb. Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub: "Hörmətli cənab Prezident, 23 İyul – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün Misir xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edən Azərbaycan-Misir dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf edəcək və daha da genişlənəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və rifah diləyirəm".